"Müasir Azərbaycan təhsili və "Çağ" Öyrətim" mövzusunda konfrans

30 Mart 2012 - №12 Martın 17-də Qafqaz Universitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Müasir Azərbaycan təhsili və "Çağ" Öyrətim"mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib və şirkətin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Milli Məclis deputatlarının, təhsil işçilərinin, tələbələrin, Türkiyədən gəlmişnümayəndə heyətinin iştirak etdikləri konfransı Qafqaz Universitetinin rektoru, professorƏhməd Saniç açaraq dahi şəxsiyyət Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, uluöndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.Konfransın əhəmiyyətini vurğulayan rektor onun xalqımızın əziz bayramı  olan Novruz bayramı ərəfəsində keçirilməsinin böyük rəmzi mənası olduğunu söyləyib.
Dörd ildir ki, ölkəmizdə səfir kimi çalışdığını və bu müddətdə "Çağ"ın fəaliyyətini yaxından izlədiyini bildirən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç onların Azərbaycan, eləcə də türk dünyası naminə gördükləri işlərdən qürur duyduğunu dilə gətirib.
Konfransda təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyə arasında təhsil əlaqələrinin uğurlu nəticələrindən danışıb.
Azərbaycan təhsilinin inkişafında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayan nazir bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırıb.
ağ" Öyrətim İşlətmələri  Şirkətinin ölkəmizdə 1991-ci ildə ulu öndər Heydər Əliyevin razılığı ilə fəaliyyətə başladığını xatırladan Misir Mərdanov şirkətin, o cümlədən Qafqaz Universitetinin və Azərbaycan-Türkiyə özəl liseylərinin təhsilə verdikləri töhfələrdən bəhs edib. Bildirib ki,beynəlxalq fənn olimpiadalarında iştirak edən şirkətin liseylərinin şagirdləri yüksək nailiyyətlər qazanır, məzunları ali məktəblərə qəbul imtahanlarında ürəkaçan nəticələr əldə edirlər. Nazir təhsilimizin inkişafı üçün qarşıda duran vəzifələri də nəzərə çarpdırıb.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam çıxışında Azərbaycana ilk dəfə 1997-ci ildə Türkiyə Respublikası milli təhsil naziri kimi  gəldiyini, həmin vaxtdan keçən 15 il ərzində ölkəmizin hər sahədə olduğu kimi təhsildə də çox məsafə qət etdiyini seyr etməkdən məmnun olduğunu ifadə edib, Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlısəfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə böyük diqqət və qayğı göstərdiklərini bildirib.
Müasir dünyada təhsilin önəmli rolunu vurğulayan M.Sağlam, şirkətin bu sahədə reallaşdırdığı tədbirlərin səmərəli olduğunu diqqətə çatdırıb.
Konfransda Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatı Qənirə Paşayeva,akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, "Azərsun Holdinq"in İdarə Heyətinin sədri Abdolbari Goozal, Türkiyənin TurqutÖzal Universitetinin rektoru, professor Erol Oral və digər çıxış edənlər də "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsilin inkişafındakı rolundan danışıblar. Qeyd olunub ki, şirkətin liseylərindən məzun olan gənclər hazırda dünyanın 30-dan çox ölkəsində, 50-dən çox universitetdə təhsillərini davam etdirirlər.
ağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki,  "Çağ" Öyrətim ölkədə yeganə Beynəlxalq Standart Sertifikatlı təhsil şirkəti olmaqla Heydər Əliyev irsinə, onun inam və etibarına, etimadına sədaqətlə xidmət edir. Fəaliyyətdə olduğu 20 il ərzində məqsədi şagirdlərə, tələbələrə dərin biliklər verməklə yanaşı, həm dəqəlbi milli və ümumbəşəri dəyərlərlə zəngin yeni nəsil yetişdirmək olub.  İndiyədək Azərbaycan-Türkiyə təhsil müəssisələrindən minlərlə gənc məzun olub və bu gün ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, elmi fəaliyyətləri ilə Azərbaycanın tərəqqisinə xidmət edirlər.
Ə.Özərən çıxışının sonunda iştirakçılara minnətdarlığını bildirib
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF