Qafqaz Universitetində “Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim”mövzusunda konfrans keçirilmişdir.

Qafqaz Universitetində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin  yaradılmasının 20 illiyinə həsr olunmuş “Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.“Çağ” Öyrətim İşlətmələri Şirkətinin  fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. 
Milli Məclis deputatlarının, təhsil işçilərinin, tələbələrin, Türkiyədən gəlmiş nümayəndə heyətinin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç böyük şəxsiyyət Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Rektor, eyni zamanda, konfransın əhəmiyyətini vurğulamışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycan ilə Türkiyə arasında təhsil əlaqələrinin uğurlu nəticələrindən danışmışdır.Azərbaycan təhsilinin inkişafında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayan nazir bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırmışdır. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə 1991-ci ildə ulu öndər Heydər Əliyevin razılığı ilə fəaliyyətə başladığını xatırladan M. Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin -nin, o cümlədən Qafqaz Universitetinin və Azərbaycan-Türk özəl liseylərinin Araz hazırlıq kurslarının təhsilə verdikləri töhfələrdən bəhs etmişdir. Bildirmişdir ki, beynəlxalq fən olimpiadalarında iştirak edən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin  liseylərinin şagirdləri yüksək nailiyyətlər qazanır, məzunları ali məktəblərə qəbul imtahanlarında ürəkaçan nəticələr əldə edirlər. Nazir təhsilimizin inkişafı üçün qarşıda duran vəzifələri də nəzərə çarpdırmışdır. 
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iki qardaş ölkənin mehriban münasibətlərindən bəhs etmişdir. 
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə böyük diqqət və qayğı göstərdiklərini bildirmişdir. Müasir dünyada təhsilin önəmli rolunu vurğulayan M.Sağlam, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin  bu sahədə reallaşdırdığı tədbirlərin səmərəli olduğunu diqqətə çatdırmışdır. 
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva, “Azersun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal, Türkiyənin Turqut Özal Universitetinin rektoru, professor Erol Oral və digər çıxış edənlər də“Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsilin inkişafındakı rolundan danışmışlar. 
“Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmış, iştirakçılara təşəkkürünü bildirmişdir. Qafqaz Universiteti mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF