“Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin Sədri Dr. Enver Özerenin konfransa təqdim olunmuş məruzəsindən
Qafqaz Universitetində 17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin
20-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin Sədri Dr.
Enver Özerenin konfransa
təqdim olunmuş məruzəsindən:
· Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə
oldu. Hamı bunun ardınca iqtisadi əməkdaşlığın başlayacağını gözləyirdi. Belə
də oldu. Heydər Əliyevin hələ 1992-ci ilin başlanğıcında İstanbulda bağladığı
ilk müqavilədə iqtisadi tərəfdaşlıqla yanaşı təhsil və mədəni əlaqələri
əhəmiyyətli yer tuturdu.
· “Əsrin Müqaviləsi” adlanan, Azərbaycanla Türkiyə
arasında ən böyük iqtisadi layihələrdən biri olan Bakı-Tbilisi-Ceyhan Neft
Konsorsiumu müqaviləsinin imzalanmasında tam üç il əvvəl, Azərbaycanın öz
dövlət müstəqilliyini rəsmən elan etməsindən qısa müddət sonra, 1991-ci ilin 1
dekabrında Heydər Əliyev Azərbaycan-Türkiyə Özəl Məktəblərinin açılması barədə
müqaviləni imzalamış, məktəblər fəaliyyətə başlamışdı.
· Az qala bir əsrlik ayrılıqdan sonra Heydər Əliyev
yuxarıda adı çəkilən müqaviləyə əsasən 100 nəfər gənci ali təhsil almaq üçün
Türkiyə universitetlərinə göndərdi. Türkiyə ilə mənəvi bağları bərpa edərək
Naxçıvanda Türkiyə Dəyanət İdarəsinin məktəbini, xalqı erməni terrorundan xilas
etmiş Türk sərkərdəsi Kazım Qarabəkir paşanın adını daşıyan camenin inşaatına
start verdi və açılışını da şəxsən özü həyata keçirdi.
· “Çağ”
Öyrətim ölkədə yeganə Beynəlxalq Standart Sertifikatlı təhsil şirkəti olmaqla
Heydər Əliyev irsinə, onun inam və etibarına, etimadına sədaqətlə xidmət edir.
Fəaliyyətinin ilk günündən bu günədək – 20 il ərzində məqsədi yalnız beynı
müsbət elmlərlə, qəlbi milli və ümumbəşəri dəyərlərlə zəngin yeni nəsil
yetişdirmək olan “Çağ” Öyrətim özünün Azərbaycan-Türkiyə Özəl ümumtəhsil
məktəbləri ilə, “Araz” Ali Təhsilə Hazırlıq Kursları ilə, “Qafqaz” Universiteti
ilə göstərilən etimada sədaqətlə xidmətini nümayiş etdirir. Geridə qalan iyirmi
il ərzində Azərbaycan-Türkiyə təhsil müəssisələrindən minlərlə gənc məzun
olmuş, bu gün ölkənin iqtisadi inkişafında, siyasi və ictimai həyatında fəal
iştirak edir, elmi fəaliyyətləri ilə Azərbaycanın tərəqqisinə xidmət edirlər.
· Şagird və tələbələrimiz öz bilik və bacarıqları ilə
Azərbaycanı həm bölgədə, həm də dünyada şərəflə təmsil edirlər. Artıq sayı
500-ə yaxınlaşan beynəlxalq fənn olimpiadaları ilə, dünyanın dörd bir yanında
ən məşhur universitetlərdə aldıqları təhsillə, qazandıqları ixtisasla, elmi
dərəcələrlə, ən başlıcası, milli və ümumbəşəri əxlaqi dəyərlərə sahib olmaları
ilə, Vətənə, xalqa, dövlətə, onu təmsil edən Prezidentə sədaqətləri ilə
fərqlənir, diqqəti cəlb edir və təqdir edilirlər.
· “Çağ” Öyrətimin müəssisələrinin maddi-texniki
bazası durmadan gücləndirilir, “Qafqaz” Universiteti Kompleksi, Bakı Özəl Türk
Liseyi tədris korpusu, Quba Özəl Türk Liseyi binası, ümumi götürüldükdə, 12
ümumtəhsil məktəbi, 12 “Araz” Hazırlıq Kursları
ən müasir binaları, sinif otaqları və laboratoriyaları, kitabxana və
idman salonları, iaşə və kommunal xidmətləri ilə, ən başlıcası, bu müəssisələrdə
çalışan, böyük əksəriyyəti yerli kadrlardan ibarət, dərin savadı, geniş
dünyagörüşü və təmiz əxlaqı ilə fərqlənən fədakar müəllim və tərbiyəçi kadrları
ilə təhsil siyasətinin həyata keçirilməsində yaxından və fəal iştirak edir.