Turqut Özal Universitetinin Rektoru Prof. Dr. Erol Oralın konfransa təqdim olunmuş məruzəsindən:
Qafqaz Universitetində 17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin
20-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
Turqut Özal Universitetinin (Türkiyə, Ankara)
Rektoru Prof. Dr. Erol Oralın konfransa
təqdim olunmuş məruzəsindən:
·
Azərbaycan
18 Oktyabr 1991- ci ildə SSRİ-nin dağılması ilə müstəqilliyini əldə etməsindən
sonrakı ilk illərdə təhlükəsizlik sahəsindən tutmuş, iqtisadi, sosial, mədəni,
milli və beynəlxalq səviyyəli bir çox sahədə çətinliklərlə qarşılaşmış bir
ölkədir. Əldə etdiyi müstəqilliyini möhkəmləndirmək, beynəlxalq arenada özünü
qəbul etdirmək və layiqli bir yer əldə etmək səylərində Azərbaycanın Ümummilli
lideri mərhum Heydər Əliyev çox əhəmiyyətli bir rola sahib olmuşdur.
·
Azərbaycanın
müstəqilliyini əldə etməsindən dərhal sonra Türkiyəli dost və qardaşları mərhum
Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası Məclisinin Sədri olduğu dövrdə
ziyarət etmiş,Türkiyədəki təhsil fəaliyyətlərinin bənzəri olan yeni məktəblər
açaraq təhsilə yardım etmək istəklərini bildirmiş və onun müsbət rəyini alaraq
işlərini qısa bir zamanda bitirmişdilər.
·
Çağ
Öyrətim şirkəti tərkibində bu liseylərdə başlayan təhsil fəaliyyəti, daha sonra
Azərbaycanın "fasiləsiz təhsil" anlayışına uyğun olaraq,
“Universitetə Hazırlıq Kursları”, "Qafqaz Universiteti" və “İbtidai
təhsil” məktəblərinin açılması ilə də təhsil fəaliyyətinin ən təməlindən ən üst
səviyyəsinə qədər bütün sahələrə yayılmasını təmin etmişdir.
·
Heç
şübhə yoxdur ki, Çağ Öyrətim şirkətinin tərkibindəki 12
lisey, 1 ibtidai təhsil məktəbi ilə Azərbaycan – Türkiyə özəl
liseyləri" (ATÖL), “Araz” Universitetə Hazırlıq Kursları və “Qafqaz”
Universiteti ilə Azərbaycanın müasirləşməsində çox əhəmiyyətli rol oynayan
təşkilatlar arasındakı layiqli yerini almış olacaqdır.
·
Bu
gün dünyanın otuzdan çox ölkəsində, əllidən çox fərqli universitetdə təhsil
alan bu liseylərdən məzun olan azərbaycanlı gənclər təkcə tələbə kimi deyil,
eyni zamanda getdikləri yerlərdə ölkələrini ən yaxşı şəkildə də təmsil edən
fərdlər kimi də fəaliyyət göstərirlər. Onların bu diaspor fəaliyyətləri
Prezident cənab İlhan Əliyevin bu sahədə həyata keçirtdiyi siyasətlə böyük bir
paralellik göstərməkdədir.
·
Çağ
Öyrətim işlətmələrinin təhsil modeli "Şərqin milli dəyərlərə söykənən
əxlaq anlayışı ilə Qərbin texnoloji müvəffəqiyyətinin cəmləndiyi bir təhsil
modeli olaraq qiymətləndirilə bilər. Bu modeldə məqsəd Azərbaycanın digər
müasir ölkələrə paralel olaraq irəliləmə və inkişaf göstərməsi ilə birlikdə
Azərbaycanın cəmiyyət bütövlüyünün xüsusi qabiliyyət və üstünlüklərini,
müstəqil mənliyini, əxlaqını və milli dəyərlərini gedərək ucaltmaqdır.
· Qafqaz
Universiteti Çağ Öyrətim şirkəti tərəfindən 1993-cü ildə Azərbaycanda qurulmuş
ilk xarici özəl ali məktəbdir.
·
Anglo-Sakson
ölkələrində tətbiq olunan "kreditli dərs keçmə sistemi"ni
Azərbaycanda ilk dəfə Qafqaz Universiteti tətbiq etmişdir.
·
İlk
məzunlarını 1998-ci ildə vermiş olan Qafqaz Universitetindən bu günə qədər 2332
Bakalavr; 226 Magistr; 2 Doktorant olmaq üzrə 2560 tələbə məzun olmuşdur.
Hal-hazırda məzunlarının 87 %-i hər hansı bir işdə çalışır. Bunların 336-sı
Azərbaycan xaricində; Türkiyə, Rusiya, Amerika, Almaniya başda olmaq üzrə 52
fərqli ölkədə işləyir və ya təhsillərini davam etdirirlər.