Qafqaz Universiteti ilə AzTU arasında əməkdaşlıq möhkəmlənir
Azərbaycan Texniki Universiteti və Qafqaz Universiteti arasında bu
yaxınlarda əməkdaşlıq memarandumu imzalanmışdır.Bu memarandum əsasında
Qafqaz Universitetinin nümayəndə heyəti—Mühəndislik fakültəsinin dekanı
dos.Yadulla Babayev, Kompüter Mühəndisliyi bölməsinin müdiri Dr.Abzetdin
Adamov Sənayeni təşkili və idarə olunması bölməsinin müdiri, dekan
müavini dos.Kadir Demirkıran AzTU-də olmuşdular.
Görüşdə AzTU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dos.Natiq
Əhmədov, “Maşınqayırma” fakültəsinin dekanı,dos.Ərəstun Məmmədov,
“Metalurgiya” fakültəsinin dekan müavin,dos.Tahir Cabbarov və “AHT”
fakültəsinin dekanı, dos Rauf Həsənov iştirak etmişdir.Görüş zamanı
AzTU-nun adları çəkilən fakültələrin hər iki universitet arasıda müvafik
fakültələrdə tədris olunan proqramlarının uyğunlaşdırılması, birgə elmi
tədqiqatların, elmi konfrans aparılması və eyni adlı kafedralar
arasında əlaqələrin yaradılmasının gücləndirilməsi nəzərdə tutulmuş və
bir sıra görüləcək işlər ətrafında müzakirələr aparılmışdır.
http://aztu.edu.az/index.php/ru/aztunewsru?start=4