Qafqaz Universitetində “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfrans keçirilib
“Çağ Öyrətim İşlətmələri” Anonim Şirkətinin Azərbaycan təhsil həyatında
iştirakının 20-ci ildönümü münasibəti ilə düzənlənən konfransda, Şirkət
mənsubları, ziyalılar, KİV təmsilçiləri iştirak edirdi. Konfransda həmçinin Azərbaycan
Respublikasının Təhsil Naziri prof. Misir Mərdanov, Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə
Parlamentlərarası Dostluq Qrupunun üzvü dr. Qənirə Paşayeva, Türkiyənin
Azərbaycandakı böyükelçisi Hülusi Kılıç, Türkiyə Böyük Millət Məclisi
başqanının müavini Mehmet Sağlam və digər rəsmi şəxslər də iştirak və çıxış
etmişlər.
Çıxış edən natiqlər ümumiyyətlə, “Çağ Öyrətim”in Azərbaycanda
fəaliyyətini, təhsildə qazandığı qabaqcıl mövqeni minnətdarlıqla qeyd edərək,
əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin
elm-təhsil sektoru üçün böyük anlam daşıdığını vurğulamış, “Çağ Öyrətim”
yetirmələrinin Azərbaycan-Türkiyə münasibətlərinin, ümumən Türk Dünyasında
inteqrasiyanın güclənməsində böyük potensiala sahib olduğunu qeyd etmişlər.
Konfransda
Azərbaycanın bir sıra tanınmış ziyalıları, elm, təhsil və mədəniyyət xadimləri “Çağ
Öyrətim” və Qafqaz Universitetinin birgə təsis etdiyi xüsusi plaketlə təltif
olunub.
Nota.az