“Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin Sədri Dr. Enver Özerenin məruzəsinden seçilenler
17.03.2012/12:43 17 mart 2012-ci il tarixində "Qafqaz" Universitetində keçirilen "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş "Müasir Azərbaycan və "Çağ" Öyrətim" mövzusunda elmi-praktik konfransda çıxış eden "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin Sədri Dr. Enver Özerenin məruzəsinden seçilenler:
· Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Hamı bunun ardınca iqtisadi əməkdaşlığın başlayacağını gözləyirdi. Belə də oldu. Heydər Əliyevin hələ 1992-ci ilin başlanğıcında İstanbulda bağladığı ilk müqavilədə iqtisadi tərəfdaşlıqla yanaşı təhsil və mədəni əlaqələri əhəmiyyətli yer tuturdu.
· "Əsrin Müqaviləsi" adlanan, Azərbaycanla Türkiyə arasında ən böyük iqtisadi layihələrdən biri olan Bakı-Tbilisi-Ceyhan Neft Konsorsiumu müqaviləsinin imzalanmasında tam üç il əvvəl, Azərbaycanın öz dövlət müstəqilliyini rəsmən elan etməsindən qısa müddət sonra, 1991-ci ilin 1 dekabrında Heydər Əliyev Azərbaycan-Türkiyə Özəl Məktəblərinin açılması barədə müqaviləni imzalamış, məktəblər fəaliyyətə başlamışdı.
· Az qala bir əsrlik ayrılıqdan sonra Heydər Əliyev yuxarıda adı çəkilən müqaviləyə əsasən 100 nəfər gənci ali təhsil almaq üçün Türkiyə universitetlərinə göndərdi. Türkiyə ilə mənəvi bağları bərpa edərək Naxçıvanda Türkiyə Dəyanət İdarəsinin məktəbini, xalqı erməni terrorundan xilas etmiş Türk sərkərdəsi Kazım Qarabəkir paşanın adını daşıyan camenin inşaatına start verdi və açılışını da şəxsən özü həyata keçirdi.
· "Çağ" Öyrətim ölkədə yeganə Beynəlxalq Standart Sertifikatlı təhsil şirkəti olmaqla Heydər Əliyev irsinə, onun inam və etibarına, etimadına sədaqətlə xidmət edir. Fəaliyyətinin ilk günündən bu günədək – 20 il ərzində məqsədi yalnız beynı müsbət elmlərlə, qəlbi milli və ümumbəşəri dəyərlərlə zəngin yeni nəsil yetişdirmək olan "Çağ" Öyrətim özünün Azərbaycan-Türkiyə Özəl ümumtəhsil məktəbləri ilə, "Araz" Ali Təhsilə Hazırlıq Kursları ilə, "Qafqaz" Universiteti ilə göstərilən etimada sədaqətlə xidmətini nümayiş etdirir. Geridə qalan iyirmi il ərzində Azərbaycan-Türkiyə təhsil müəssisələrindən minlərlə gənc məzun olmuş, bu gün ölkənin iqtisadi inkişafında, siyasi və ictimai həyatında fəal iştirak edir, elmi fəaliyyətləri ilə Azərbaycanın tərəqqisinə xidmət edirlər.
· Şagird və tələbələrimiz öz bilik və bacarıqları ilə Azərbaycanı həm bölgədə, həm də dünyada şərəflə təmsil edirlər. Artıq sayı 500-ə yaxınlaşan beynəlxalq fənn olimpiadaları ilə, dünyanın dörd bir yanında ən məşhur universitetlərdə aldıqları təhsillə, qazandıqları ixtisasla, elmi dərəcələrlə, ən başlıcası, milli və ümumbəşəri əxlaqi dəyərlərə sahib olmaları ilə, Vətənə, xalqa, dövlətə, onu təmsil edən Prezidentə sədaqətləri ilə fərqlənir, diqqəti cəlb edir və təqdir edilirlər.
· "Çağ" Öyrətimin müəssisələrinin maddi-texniki bazası durmadan gücləndirilir, "Qafqaz" Universiteti Kompleksi, Bakı Özəl Türk Liseyi tədris korpusu, Quba Özəl Türk Liseyi binası, ümumi götürüldükdə, 12 ümumtəhsil məktəbi, 12 "Araz" Hazırlıq Kursları ən müasir binaları, sinif otaqları və laboratoriyaları, kitabxana və idman salonları, iaşə və kommunal xidmətləri ilə, ən başlıcası, bu müəssisələrdə çalışan, böyük əksəriyyəti yerli kadrlardan ibarət, dərin savadı, geniş dünyagörüşü və təmiz əxlaqı ilə fərqlənən fədakar müəllim və tərbiyəçi kadrları ilə təhsil siyasətinin həyata keçirilməsində yaxından və fəal iştirak edir.