Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Prof. Mirdaməd Sadıqovun məruzəsinden seçilenler:
17.03.2012/12:0517 mart 2012-ci il tarixində "Qafqaz" Universitetində keçirilen "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş "Müasir Azərbaycan və "Çağ" Öyrətim" mövzusunda elmi-praktik konfransda çıxış eden Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Prof. Mirdaməd Sadıqovun məruzəsinden seçilenler:
· Zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğu, professor-müəllim heyəti və tələbələri adından Sizi, görkəmli təhsil fədaisini "Çağ Öyrətim İşlətmələri"şirkətinin yaradılmasının 20 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
· Məhz Heydər Əliyevin xeyir-duası ilə az sonra Naxçıvanda həyata vəsiqə alan "Çağ Öyrətim İşlətmələri"şirkəti və onun tərkib hissələri olan Araz kursları, Azərbaycan-Türkiyə özəl liseyləri milli təhsilimizin inkişafında layiqli yerini tutdu. Bu Şirkətin dünya miqyaslı fəaliyyətinə çox yaxşı bələd olan Ulu Öndər Heydər Əliyev Azərbaycanda onun daha böyük uğurlara imza atacağına inanırdı.
· Bu gün Bakıda, Respublikanın 8 şəhərində, o cümlədən, Gəncədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərində müasir təhsil standartlarının tələblərinə uyğun olaraq, Azərbaycan dili ilə yanaşı ingilis dilində də tədris təşkil edilir.Bu liseylərin şagirdləri hər il Respublika və dünya miqyasında keçirilən olimpiadalarda böyük uğurlar əldə etmiş, dəfələrlə müxtəlif fənlər üzrə birincilər sırasına çıxmış, Azərbaycana qızıl, gümüş və bürünc medallar qazandırmışlar. Lisey məzunlarının 95-99%-i ölkəmizin, o cümlədən, MDB, Avropa, Amerika, Yaponiya və Çinin məşhur Universitetlərində təhsillərini uğurla davam etdirirlər.
· "Çağ Öyrətim İşlətmələri"şirkəti fəailiyyətini təkcə təhsil uğurları ilə məhdudlaşdırmır. Şirkət həmçinin müasir düşüncə tərzinə malik, vətənpərvər, yurd-vətən sevgisi ilə yaşayan gənclərin yetişdirilməsində də qətiyyətli addımlar atır. Burada torpaqlarımız uğrunda şəhid olanların anım günləri, qədim tariximiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizlə bağlı keçirilən tədbirlər gəncliyin hərtərəfli formalaşmasına əsaslı zəmin yaradır.
· Çox fərəhli hadisədir ki, bu il fevralın 16-da sayın rektor Ahmet Sanic cənabları Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetinin qonağı olmuş, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları arasında üçtərəfli memorandum imzalanmışdır. Bu gün Universitetimizin professor-müəllim heyəti və tələbələri həmin imzalanma mərasiminin dərin təsiri ilə yaşayırlar. Biz əminik ki, bu memoranduma əsasən Universitetlərimiz arasında tədris və elmi əlaqələr daha da möhkəmlənəcək, tələbə-müəllim mübadiləsi genişlənəcək, dostluğumuz və qardaşlığımız əbədi hökm sürəcəkdir.