Millət Vəkili Dr. Qənirə Paşayevanın məruzəsinden seçilenler:
17.03.2012/12.00 17 mart 2012-ci il tarixində "Qafqaz" Universitetində keçirilen "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş "Müasir Azərbaycan və "Çağ" Öyrətim" mövzusunda elmi-praktik konfransda çıxış eden Millət Vəkili Dr. Qənirə Paşayevanın məruzəsinden seçilenler:
· Bəlli olduğu kimi, son 20 ildə Azərbaycan təhsil sistemi istər struktur, istər ideoloji baxımdan, istərsə də test sisteminin tətbiqi, özəl təhsil sektorunun yaranması və inkişafı, habelə xarici təhsil müəssisələrinin, eləcə də ortaq təhsil qurumlarının təşəkkülü ilə səciyyələnmişdir. Bu yerdə, qardaş Türkiyə təhsil sistemindəki bir sıra uğurların, standartların respublikamıza gəlməsi və oturuşması bu planda xüsusi çəkiyə malikdir. Türkiyədən, ümumən respublikamızdan kənardan gələn təhsil qurum və quruluşları içində isə "Çağ" Öyrətim Işlətmələri özəl yerə sahibdir.
· Təməli "bir millət – iki dövlət" kəlamının müəllifi olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə Özəl Liseyləri Bakı şəhərində 3, Ağdaş, Quba, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Sumqayıt və Gəncə şəhərlərində hər birində 1 olmaqla toplam 11 lisey açmış, Azərbaycan Təhsil Nazirliyi özünün 1994-cü il 13 may tarixli, 308 saylı əmri ilə məktəblərin Əsasnaməsini təsdiq etmiş, çalışmalarına rəsmən icazə vermişdir.
· "Çağ Öyrətim"in məktəbləri respublikamızın təhsil standartları əsasında, təhsil dili Azərbaycan dili olmaqla, təbiət fənlərini (riyaziyyat, fizika, kimya, biologiya) ingilis dilində tədris edir. Bu məktəblərdə oxuyan şagirdlər ingilis dili ilə yanaşı bilgisayar təliminə də kamil şəkildə yiyələnmiş olurlar.
· Bildiyim , hazırda ÇAĞ-ın liseylərində iki mindən çox şagirdimiz təhsil alır. En yaxın dövrədək həmin liseylərin altı dəfə buraxılışı olmuş, məzunların 99 faizi respublikamızın, qardaş Türkiyənin, qonşu Rusiyanın, habelə Avropanın, Amerikanın, Yaponiyanın, Çinin ən ünlü universitetlərinə qəbul olunmuşlar.
· Sevindiricidir ki, bu özəl orta təhsil müəssisələri respublika və dünya olimpıadalarında qazandıqlar uğurlarla da şöhrət qazanıb. Hər il həm respublika, həm də MDB, habelə Avrasiya və ümumdünya fənn olimpiadalarında, yarışmalarında mükafata layıq yerlər tutan məktəblilər iki dəfə biologiya fənni üzrə dünya çempionu olmuş, indiyədək Azərbaycana 72 qızıl, gümüş, bürünc medal qazandırmışlar.
· ÇAĞ-ın 1993-cü ildə çalışma həyatına başlamış ali təhsil ocağı – QAFQAZ Universiteti isə respublikamızda açılmış ilk xarici ali təhsil ocağı olma xüsusiyyətinə də sahibdir. Artıq vurğuladığımız kimi, bu Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni Əlaqələrin tərəqqisində danılmaz tarixi rol oynayan "Çağ" Öyrətim Işlətmələri şirkətinin fasiləsiz təhsil kompleksinin ən yüksək pilləsidir.
· Xoşdur qeyd etmək ki, Qafqaz Universitetinin qayəsi dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirməkdir..! Bu isə Azərbaycanımızın inkişafına, çiçəklənməsinə xidmət etmək deməkdir!.. – Dövlət büdcəsindən vəsait almadan!
· Bu təhsil müəssisəsini daha çox və həm də daha hazırlıqlı abituriyentlər seçirlər. Deyilənlərin təsdiqi kimi, bu il maksimum - 700 bal toplamış 4 nəfərin hamısının, eləcə də Prezident təqaüdünə layiq görülənlərdən 25 nəfərinin, Qafqaz Universitetinin tələbəsi olması faktını xatırlada bilərik.
· Bəlkə Universitet təhsilinə bir qədər geniş yer ayırmış olduq, amma hesab edirəm, bu da, yetərincə deyiləsi sözün olmasından irəli gƏlir. Sözünüz həmişə irəli gəlsin, əziz Qafqazlılar, əziz Çağlılar!