Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini prof. Dr. Mehmet Sağlamın konfransa təqdim olunmuş məruzəsindən
Qafqaz Universitetində 17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin
20-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini prof.
Dr. Mehmet Sağlamın konfransa
təqdim olunmuş məruzəsindən:
· Azərbaycanı ilk dəfə 1997-ci ildə Türkiyə
Respublikası Milli Təhsil naziri olaraq ziyarət etmişdim. Azərbaycan Təhsil
naziri Lidya xanımla birlikdə Bakı Türk Liseyini ziyarətimdən sonra şərəf
dəftərinə bu cümlələri yazmışdım: “Müasir bir təhsil təşkilatı gördüm.
Xüsusilə, kompyuter ekranında gördüyüm “Atam, izindəyik, Azərbaycan
xidmətindəyik.” ifadəsi məni ovsunlamışdı. Böyük Atatürk də 65 il əvvəl “Siz
onların gəlməyini gözləməyin, özünüz gedin” deyirdi. Bu duyğularla ayrıldığım
Azərbaycana 15 il sonra təkrar gəlirəm. Azərbaycanın hər sahədə olduğu kimi
təhsildə də çox məsafə qət etdiyini seyr etməkdən məmnun olduğumu ifadə etmək
istəyirəm.
· Bu gün Azərbaycanda “Çağ” Öyrətim Şirkətinə bağlı 12 orta məktəb və lisey, 12
universitetə hazırlıq kursu və 1 universitet açılmışdır. Beş minə yaxın
şagirdin oxuduğu məktəblər Azərbaycanın ən məşhur məktəbləridir.
· Öz müəllimlərini yetişdirən Türk məktəblərində
artıq 80%-ə yaxın azərbaycanlı müəllim işləyir. Bu məktəblərin açılmasında
böyük əməyi olan Azərbaycanın Ümummilli lideri mərhum Heydər
Əliyev “Mən bu məktəbləri hər zaman dəstəklədim, kömək etdim. Çünki bu
məktəblər Azərbaycanın təhsil sistemində yenilik yaradırlar.” deyərək, Türk
məktəblərinin uğurlarını “Əfsanəvi qələbə” olaraq qeyd etmişdir.
· “Qafqaz” Universiteti verdiyi keyfiyyətli təhsillə
ictimaiyyətdə rəğbətlə qarşılanır. Son qəbul imtahanında 700 tam bal yığıb ölkə
birincisi olan 4 tələbənin dördünün də Qafqaz Universitetini seçməsi verilən
təhsilin keyfiyyətinin ən bariz nümunəsidir.
· Azərbaycanda başlayaraq dünyanın hər tərəfinə
yayılan Türk məktəblərinin iştirakı ilə 10 ildir böyük bir təşkilata imza
atılır: Türkcə Olimpiadaları. Dünyanın hər tərəfində Türk
dilində və Türkiyəyə marağı artırmaq məqsədi ilə keçirilən Beynəlxalq
Türkcə Olimpiadalarının Bakıda keçirilən finalında tələbələrimiz var gücü ilə
yarışdı. VI Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan finalına
Təşkilat Komitəsinin sədri olaraq şəxsən qatılmışdım. Möhtəşəm bir mərasimlə
hafızəmdə qalan bu finalda mənim də favoritim olan Qaradəniz türküsü ilə I olan
qızımızı hamınız xatırlayırsınız. Bu il Türkcə Olimpiadalarına 135 ölkə
qatılır. Burada dərəcəyə girən tələbələr 30 May – 14 İyun tarixləri arasında
Türkiyədəki finallara qatılacaq.