Moldova Dövlət Universitetinin nümayəndələri Qafqaz Universitetində olublar

Bakı, 29 mart, SalamNews, K.Orxan. Moldova Dövlət Universitetinin jurnalistika və kommunikasiya elmləri fakültəsinin nümayəndələri Qafqaz Universitetində olublar.
Qafqaz Universitetindən SalamNews-a verilən məlumata görə, Avropa Şurası (AŞ) ilə əməkdaşlıq layihəsi çərçivəsində keçirilən görüşdə AŞ-nin layihə əlaqələndiricisi Dumitru Lazur, Moldova Dövlət Universitetinin jurnalistika və kommunikasiya elmləri fakültəsinin dekanı Mixail Quzun, kafedra müdiri xanım Qeoqreta Stepanov və digər nümayəndələr iştirak ediblər.
Qonaqlar, eyni zamanda, universitetin tədris şəraiti ilə maraqlanıblar.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.