VİDEO: Türkiye Cumhuriyeti Cumhurbaşkanı Başdanışmanı Durmuş Yılmaz: Ekonomik Kriz, Dersler ve Tedbirler
Dünən Qafqaz Universitetində “2008-ci il qlobal maliyyə böhranından çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər'' adlı konfrans keçirilib.
Konfransın açılışında çıxış edən “Qafqaz”ın tədris işləri üzrə prorektoru Cihan Bulut konfransın dünyanı sarsıdan iqtisadi böhrana həsr olunmasını tələbələr üçün çox önəmli olduğunu bildirib. Türkiyə Prezidenti Abdullah Gülün iqtisadiyyat məsələləri üzrə müşaviri Durmuş Yılmaz: “Azərbaycanda, sizin kimi tələbələrin qarşısında çıxış etməkdən çox məmnunam”. Daha sonra xalqımızı Müstəqillik günü münasibəti ilə təbrik edən natiq iqtisadi böhranın sirlərindən söz açıb. Dursun Yılmaz böhranı ən çətin idarə olunan ordu kimi xarakterizə edib. O, həmçinin iqtisadi böhranın siyasi bir məsələ də olduğunu bildirib.Xatırladaq ki, 2006-cı ildə Türkiyə Mərkəz Bankasının başçısı olmuş Dursun Yılmazın uzaqgörənliyi sayəsində Türkiyə iqtisadiyyatı iqtisadi böhrandan sarsılmayıb, əksinə həmin maliyyə böhranından qazancla çıxıb. Müşavir konfransın sonunda tələbələri maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, TUSİAB-ın İdarə Heyətinin sədri Murat Bakır, həmçinin Təhsil Nazirliyinin nümayəndələri də iştirak ediblər. Sadıq Umarov
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40954
Durmuş Yılmaz Ekonomik kriz 1of4 by qafqazlife
Durmuş Yılmaz Ekonomik kriz 2of4 by qafqazlife
Durmuş Yılmaz Ekonomik kriz 3of4 by qafqazlife
Durmuş Yılmaz Ekonomik kriz 4of4 by qafqazlife
Durmuş Yılmaz Seminer AZ TV by qafqazlife