Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda 5-ci beynəlxalq konfrans keçirilir




Bakı, 12 oktyabr (AzərTAc). Qafqaz Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi” mövzusunda 5-ci beynəlxalq konfrans keçirilir.
AzərTAc xəbər verir ki, konfrans Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, YUNESKO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE- (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) tərəfindən təşkil olunmuşdur.
Dünyanın müxtəlif ölkələrindən (Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan və s.) alim və mütəxəssislərin qatıldığı beynəlxalq tədbir “Azercell-Telekom” MMC və digər qurumların dəstəyi ilə keçirilir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç konfransın əhəmiyyətini vurğulamışdır.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru, professor Hakim Muhitdinov müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının və onun müvafiq sahələrdə tətbiqinin mühüm rolundan danışmışlar.
Sonra mövzu üzrə geniş təqdimatlar olmuşdur.
Konfransda “İnformasiya elmləri və tətbiqi”, “İKT-nin humanitar və ictimai elmlərdə tətbiqi”, “İKT-nin elm, təhsil və tədqiqatlarda tətbiqi”, “İKT-nin tibb və səhiyyədə tətbiqi”, “İKT-nin dövlət və idarəçilikdə tətbiqi”, “İKT-nin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi” mövzuları üzrə məruzələr dinləniləcək, geniş müzakirələr aparılacaqdır.
Oktyabrın 14-də başa çatacaq beynəlxalq konfransa dünyanın 31 ölkəsindən 250 dən çox məqalə daxil olmuşdur.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF