Oktyabrın 18-də Qafqaz Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunmuşdur
Bakı, 18 oktyabr (AzərTAc). Oktyabrın 18-də Qafqaz Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. 
AzərTAc xəbər verir ki, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırmışdır. 
Ümummilli lider, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışan rektor ulu öndərin ideyalarının əbədi yaşayacağını vurğulamışdır. 
Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən bəhs edən professor Ə.Saniç bayram münasibətilə xoş arzularını söyləmişdir. 
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse- prezidenti, akademik Arif Həşimov dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən söz açmış, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. 
İyirmi il ərzində Azərbaycanda böyük nailiyyətlər əldə olunduğunu xatırladan alim ölkəmizin dinamik inkişaf etdiyini diqqətə çatdırmışdır. 
Sonra tələbələr maraqlı konsert proqramı ilə çıxış etmişlər.



 
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF