“20 Yaşlı Azərbaycanım” adlı ədəbi-bədii proqram



18 October, 2011 Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Qafqaz Universitetində  “20 Yaşlı Azərbaycanım” adlı ədəbi-bədii gecə keçirildi.
Universitetin “Oğuz” klubunun təşkil etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru  Prof. Ahmet Saniç  Azərbaycanın dövlət müstəqilliyinin iyirmi illik inkişaf  yolunun ən parlaq nəticəsi kimi dəyərləndirdi.
Azərbaycan  Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik Arif Həşimov universitetə dəvət edildiyi üçün təşəkkürünü bildirərək Azərbaycan xalqının Heydər Əliyev yolunu seçməsi ilə dövlət müstəqilliyimizin dönməzliyinin təmin olunduğunu söylədi. Akademik bu uğurdan hər bir Azərbaycan vətəndaşına pay düşdüyünü, Qafqaz Universitetinin məhz müstəqilliyin töhfəsi olduğunu vurğuladı.
Tədbir Xalq artisti, müğənni Ağadadaş Ağayev, estrada ulduzu Samirə və Universitetin özfəaliyyət kollektivlərinin çıxışları ilə davam edərək “ Növbəti  müstəqillik  yubileyini  Qarabağda  keçirək”  çağırışıyla yekunlaşdı.
Sonda rektor qonaqlara  sənət kursları üzvlərinin əl işlərindən ibarət xatirə hədiyyələrini təqdim etdi.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF