Liseydə yanğından mühafizə tədbirləri

Oktyabrın 12-də Azərbaycan Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsində, hissənin rəisi, daxili xidmət mayoru Mahir Əmrahovla , Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver  və liseyin kadrlar şöbəsinin müdiri Bəxtiyar Nəsibov görüşmüşlər. Görüş zamanı liseydə keçirilməsi nəzərdə tutulan yanğın təlimi haqqında geniş müzakirələr aparılıb. Liseydə yanğın təlimi barədə görüləcək işlər haqqında ətraflı söhbət açılıb. Sonra daxili xidmət mayoru Mahir Əmrahov, Azərbaycanda eləcədə Bakının Nərimanov rayonunda yerləşən rəhbərlik etdiyi Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsində bu sahəyə göstərilən diqqət və qayğıdan, olduqca təhlükəli və həyati vacib sahədə çalışmalarından qürur duyduqlarından danışıb. Daha sonra Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver şagirdlərinin təhsildə əldə etdikləri uğurlarından söhbət açaraq Respublika və Beynəlxalq fənn olimpiadalarında qazandıqları  nailiyyətlərdən, TQDK ali məktəblərə keçirdiyi qəbul zamanı yüksək bal toplamalarından, Liseydə məktəblilərin təhsil almaları üçün lazımi şəraitin olduğunu bildirib. Yeni tədris ilində daha yüksək nailiyyətlər əldə edəcəklərinə əmin olduğunu deyib.
Görüşün sonunda moyor M. Əmrahov Bakı Özəl Türk Liseyinin müəllim və şagird kollektivinə yanğınla mübarizədə eləcədə təhsildə uğurlar arzulayıb.

http://www.cag.edu.az/haber.php?id=305

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF