Türkiyə və Azərbaycanın strateji araşdırmalar mərkəzləri “Azərbaycan həftəsi” çərçivəsində İğdırda konfrans keçirmişlər

Ankara, 27 oktyabr (AzərTAc). Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümü münasibətilə “Azərbaycan həftəsi” çərçivəsində İğdırda konfrans keçirmişlər.
Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin sədri, professor Murad Arasın sədrlik etdiyi konfransda İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz, tələbə-müəllim heyəti iştirak etmişdir.
Konfransda Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa, Qafqaz Universitetinin dosenti Rövşən İbrahimov və Azərbaycan Diplomatik Akademiyasının dosenti Elnur Soltanlının Türkiyə-Azərbaycan əlaqələrinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə dair məruzələri dinlənilmişdir. Natiqlər vurğulamışlar ki, erməni problemi Türkiyə və Azərbaycanın ortaq məsələsidir və iki ölkənin ictimaiyyəti bundan sonra da bu məsələdə birgə fəaliyyətlərini davam etdirəcəkdir.
Konfransa yekun vuran Murad Aras bildirmişdir ki, Van zəlzələsinin ilk saatlarından Azərbaycanın qardaş yardımı göstərməsi ölkələrimiz arasında əlaqələrin dünyada analoqu olmamasının daha bir sübutudur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iki gün əvvəl İzmirdə səsləndirdikləri bəyanatlar xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da güclənəcəyinə inamımızı artırır.

Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara

http://pda.azertag.com/news.jsp?id=4177&lang=az&date=2011-10-27&partition=2

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF