Bu gün Qafqaz Universitetinin akt zalında Bakı Google Texnologiya İstifadəçilər Qrupunun (Baku GTUG) seminarı keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, öncə “Bakı GTUG”-un təsisçilərindən olan Elvin Əfəndiyev bu qurumun yaranması barədə danışıb.
“Baku GTUG” bu il iyulun 21-də yaranıb, ilk tədbirini avqustun 20-də Bakı Dövlət Universitetində keçirilib. Tədbirə 80 mütəxəssis qatılıb. Ümumiyyətlə, hazırda dünyada 270-dən çox Google Texnologiya İstifadəçiləri Qrupu (GTUG) var. GTUG-lar 2009-cu ildən yaradılmağa başlanılıb. Əsas məqsəd Google istifadəçilərinin dünya şəbəkəsini yaratmaqdır. Qruplar müəyyən bir bölgədə (adətən şəhərdə) informasiya texnologiyaları, xüsusi ilə “Google” texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssisləri bir araya yığmaq, müxtəlif tədbirlər təşkil etmək, “Google” texnologiyaları ilə bağlı bilik və təcrübə mübadiləsini təmin etməklə məşğul olur. Bu qruplarda perspektivli sayılan digər informasiya texnologiyaları mövzuları da müzakirə edilə bilər. GTUG-lar “Google” şirkəti tərəfindən tanınır və dəstəklənir. “Baku GTUG” da “Google” şirkəti tərəfindən tanınır.
“Baku GTUG”-un bu gün keçirilən seminarında gənc İKT mütəxəssisləri “Google”-nin proqramçılar üçün nəzərdə tutulan “Chrome Developer Tools”, “Android 4.0” yenilikləri və trendlər, “Android” proqramlaşdırmaya giriş, müxtəlif dillərdə “Android” proqramlaşdırma, “Android”də məkan əsaslı proqramlaşdırma, HTML5 brauzer və proqramları barədə məlumatlar verib, sualları cavablandırıblar.
Qeyd edək ki, tədbirin informasiya dətəkçisi Lent.az-dır.
Article source: http://www.lent.az/news.php?id=76043

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde