Müstəqillik Günü “Qafqaz”da da qeyd olundu


Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü Qafqaz Universitetində də qeyd olundu. Oktyabrın 18-də universitetdə bu münasibətlə tədbir keçirildi. 
Tədbiri universitetin nəzdində fəaliyyət göstərən “Oğuz” klubu təşkil edib. Universitetin rektoru, professor Ahmet Saniç müstəqilliyin çox önəmli bir tarixi nailiyyət olduğunu söylədi. Müstəqilliyin ilk illərindən danışan rektor: “20 il əvvəl Türkiyə və Azərbaycan arasında dostluq münasibətləri yenicə bərpa olunurdu. İki dövlət arasındakı qardaşlıq 70 illik ayrılıqdan sonra yenidən tumurcuqlanırdı. İndi isə bu dostluq öz zirvə nöqtəsinə çatıb. Ötən zaman ərzində “Bakı-Tbilisi-Ceyhan” boru kəməri vasitəsilə Azərbaycan neftinin dünya bazarına yol tapması ən əhəmiyyətli hadisələrdən biridir. Ölkədə aparılan uğurlu islahatlar müstəqil Azərbaycanın adını dünya ölkələri sırasında möhkəmləndirdi”,- dedi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Arif Həşimov Müstəqillik Gününü ölkənin “ana bayramı” adlandırdı. “Müstəqillik elə bir əziz varlıqdır ki, bu xoşbəxtlik hər kəsə qismət olmur”,- akademik bildirdi.
Tədbir universitet tələbələrinin hazırladıqları bəbii hissə ilə davam etdirilib.
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40904

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF