Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb

 
 

Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin qrafiki müəyyənləşib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komitəsində (TQDK) “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar iclas keçirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 saylı fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq TQDK tərəfindən Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb.
Sistemə Azərbaycan Respublikası ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar.
Bununla əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin oktyabrın 27-də saat 10-da ilk iclası keçirilib. İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin keçirilməsi və təşkili məsələsi müzakirə olunub və qrafik müəyyən edilib. Treninqlər TQDK-nın binasında müəyyənləşdirilmiq qrafik üzrə keçiriləcək. Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları noyabrın 4-də əlavə treninq keçmək məqsədi ilə saat 10-da və 14-də TQDK-nın binasına gələ bilərlər.

Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin qrafiki



http://www.lent.az/index1/news.php?id=78178

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür