Qafqaz Universiteti Magna Charta sənədinə imza atdı
İtaliyanın Boloniya şəhərində hər il mütəmadi keçirilən və dünyada fəaliyyət göstərən təhsil proqramlarını boloniya kriterləri əsasında quran qabaqcıl universitet rektorlarının 23-cü konfransı keçirilib. Boloniya təhsil sisteminin təməli 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnaməni qəbul etdiyi vaxtlara təsadüf edir.
Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Boloniya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa ali təhsili məkanı" və ya Boloniya bəyannaməsi qəbul olunur. Boloniya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilib. Hazırda Boloniya sistemi 46 ölkəni birləşdirir. Avropa ali təhsil məkanının vətəndaşların işlə təmin olunması imkanlarının sürətlə inkişaf etdirilməsində əsas istiqamətverici sistem kimi qurulması; Avropanın intellektual, mədəni, sosial və elmi-texniki potensialının formalaşması və möhkəmlənməsi; dünyada Avropa ali məktəbinin nüfuzunun yüksəlməsi; Digər təhsil sistemləri ilə tələbə, pul, nüfuz mübarizəsində rəqabəti təmin etmək; Milli ali təhsil sistemləri ilə uyğunlaşmaya və müqayisə olunmağa nail olmaq. Bəyannamə 6 əsas müddəadan ibarətdir: Müqayisə olunan dərəcədə qəbul edilmiş sistemlər, o cümlədən diplomda işlə təmin olunma və Avropa ali təhsilinin beynəlxalq rəqabətdə güclü olması. İkipilləli təhsilə giriş: dərəcəyə qədər və dərəcədən sonra. Birinci pillə 3 ildən az çəkmir. İkinci pillə magistr və ya doktor dərəcəsi almağa doğru aparır. Avropa sisteminin tətbiq edilməsi tələbənin həyat fəaliyyətinin sürətli inkişafına dəstək üçün zəhmətsevərlik vahidinin hesablanması üçündür (kredit sistemi). "Ömür boyu təhsil almaq" konsepsiyası çərçivəsində işləməyi bacaran və sistemi davamlı edən ECTS (European Credit Transfer System) qəbul etmək təklif olunur. Bu iştirakçıların fəallığını inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir (əvvəlki iki maddənin yerinə yetirilməsi əsasında). Avropa regionunda müəllim və digər personalın fəal olmasını təmin etmək. Transmilli təhsil standartlarını yaratmaq. Uyğun kriteriyaların və metodologiyaların işlənilməsi məqsədilə keyfiyyətin təmin olunmasında Avropa əməkdaşlığına kömək etmək. Avropa ali təhsilinə, əsasən də dərs planlarının inkişaf etdirilməsi sahəsinə, institutlararası əməkdaşlığın, ümumi təhsil proqramının və sürətlilik sxeminin, təcrübi hazırlığın və elmi tədqiqatların aparılmasına ciddi nəzarəti təmin etmək. Boloniya sisteminə qoşulma: Ölkələr Boloniya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilərlər. Həmin təşkilata üzv qəbul olunan universitetlər təşkilatın (Magna Charta) sənədinə daxil olur və həmin təşkilatın üzvü sayılır. Rektorların konfransında Azərbaycandan Qafqaz Universitetinin rektoru Prof. Ahmet SANİÇ universitetlərin (Magna Charta) sənədinə imza atıb və beləliklə də Qafqaz Universiteti həmin təşkilatın üzvü olub.

Bu sənəd universitetlərin fəaliyyətlərinin fundamental dəyərlərini və prinsiplərini təyin edir. İndiyə kimi bütün dünyada 700 universitet tərəfindən bu sənədə (Magna Charta) imza atılıb. Qoyulan qaydaları üzərinə götürən və (Magna Charta) əməl etmək istəyən universitetlərin sayı ildən-ilə artır.
Bu il (Magna Charta) imza atan universitetlər aşağıda göstərilən ölkələrdə fəaliyət göstərən universitetlərdir. Fransa, Qazaxıstan, Qırğızıstan, Moldova, Fələstin, Türkiyə və Ukrayna universitetləri, o cümlədən Azərbaycandan Qafqaz Universiteti qəbul olub.
Boloniyada keçən konfransın məqsədi ali təhsilin əldə edilməsindəki müasir, akademik azadlığın səviyyəsi və akreditasiya konteksitində institutların müstəqilliyi, təhsilin keyfiyyəti mövzuları müzakirə olunub.
Bəhruz