Qafqaz Universitetində “AICT 2011” adlı beynəlxalq konfrans öz işinə başlayıb.



12 October, 2011
Gün.Az-ın verdiyi xəbərə görə, bu konfransın keçirilməsinə 2003-cü ildə Qafqaz Universiteti tərəfindən start verilib.Qafqaz Universitetində “AICT 2011 - İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE-nin (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) texniki dəstəyi ilə təşkil olunub.

Konfransın gündəliyinə İnformasiya elimləri və tədbiqi, Kommunikasiya, şəbəkə və avadanlıq, İKT-nin humanitar və ictimai elmlərdə tətbiqi, İKT-nin elm, təhsil və tədqiqatlarda tətbiqi, İKT-nin tibb və səhiyyədə tətbiqi, İKT-nin dövlət və idarəçilikdə tətbiqi və İKT-nin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi mövzuları daxildir.

Konfransa Azərbaycanın və dünyanın 31 ölkəsindən 250-dən çox məqaləylə elm adamlarının müraciəti daxil olub. Eyni zamanda, konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 panel iclas keçiriləcək.

Konfransın fəxri sədri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və təhsil naziri Misir Mərdanovdur. Konfransın həmsədrləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru Prof, Hakim Muhitdinovdur.

Konfrans işini 3 gün müddətində, oktyabrın 14-dək davam edəcək.

Rüfət Əhmədzadə
Gün.Az
URL: http://www.gun.az/hitech/17049

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF