“Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 İllik Sosial - İqtisadi İnkişafi” mövzulu Elmi Məqalə Müsabiqəsi



Azərbaycan Respublikası
 Müstəqilliyinin Yenidən Bərpasının İyirminci İldönümünə Həsr Olunmuş
Elmi Məqalə Müsabiqəsi
 Hörmətli bakalavr, magistratura, doktorantura tələbələri və digər elmi dərəcəyə malik tədqiqatçılar!
Sizləri Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi Azərbaycan Respublikası müstəqilliyinin yenidən bərpasının iyirminci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycanin 20 İllik Sosial - İqtisadi İnkişafi” mövzulu elmi məqalə müsabiqəsinə dəvət edirik.
 Müsabiqənin məqsədi
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən keçən dövr ərzində ölkəmizin sosial-iqtisadi həyatında yaranmış köklü dəyişikliklərin müxtəlif elmi aspektlərdən öyrənilməsidir.
Müsabiqədə dərəcə almış məqalələr kitab halında nəşr olunaraq iştirakçılara, dövlət qurumlarına, universitetlərə və kitabxanalara hədiyyə olunacaqdır.
 Müsabiqənin münsiflər heyəti
Münsiflər heyəti Qafqaz Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun rəhbər heyətindən (rektor və prorektorlar) ibarət olacaq. Buna əlavə olaraq, müsabiqənin İdarə Heyətində özəl şirkətlərin nümayəndələri də iştirak edəcəklər.
 Müsabiqənin əhatəsi və mükafat fondu
Müsabiqədə iştirak edəcək şəxslər 3 kateqoriya üzrə qiymətləndiriləcəkdir. Bunlar: 1) bakalavr tələbləri; 2) Magistratura, doktorantura tələbələri və  dissertantlar; 3) Elmi dərəcəsi olan tədqiqatçılar (doktor, dosent və s.).
Müsabiqə iştirakçıları aid olduqları kateqoriyalar üzrə müxtəlif dərəcədə mükafatlandırılacadır. Bu dərəcələndirmə aşağıdakı kimidir:

Bakalavr tələbələri üçün nəzərdə tutulan mükafatlandırma
1. yerin mükafatı – 500 AZN
2. yerlərin mükafatı – 300 AZN (2 nəfər nominasiya olunacaqdır )
3. yerlərin mükafatı – 150 AZN (3 nəfər nominasiya olunacaqdır)
Həvəsləndirici titulu – müxtəlif hədiyyələr (beş nəfər nominasiya olunacaqdır)
 Magistratura, doktorantura tələbələri və dissertantlar üçün nəzərdə tutulan mükafatlandırma
1. yerin mükafatı – 600 AZN
2. yerlərin mükafatı –400 AZN (iki nəfər nominasiya olunacaqdır)
3. yerlərin mükafatı – 200 AZN (üç nəfər nominasiya olunacaqdır)
Həvəsləndirici titulu – müxtəlif hədiyyələr (beş nəfər nominasiya olunacaqdır)
 Elmi dərəcəsi olan tədqiqatçılar üçün (doktor, dosent və s.) nəzərdə tutulan mükafatlandırma
1. yerin mükafatı – 800 AZN
2. yerlərin mükafatı – 600 AZN (nəfər nominasiya olunacaqdır)
3. yerlərin mükafatı – 300 AZN (üç nəfər nominasiya olunacaqdır)
Həvəsləndirici titulu – müxtəlif hədiyyələr (beş nəfər nominasiya olunacaqdır)

 Müsabiqənin şərtləri
Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərinin hər hansı birində olmalı və 25 Noyabr 2011-ci il tarixinə qədər musteqilliyimiz20@qu.edu.az mail adresinə  göndərilməlidir.
Müsabiqə iştirakçıları həmçinin məqalələrini Qafqaz Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna da çap şəkilində təqdim edə bilərlər.
Müsabiqə iki mərhələdən ibarət olacaqdır. İlk mərhələdə yazı qaydalarına tam uyğun olan və ən uğurlu məqalələr finala qalacaq və daha sonra isə dekabr ayında finalistlər münsiflər heyəti qarşısında öz məqalələrini qısa şəkildə təqdim edəcəklər.
 Müsabiqənin yazı qaydaları
  1.  Məqalələr əvvəllər heç bir yerdə nəşr olunmamış orijinal tədqiqat əsərləri olmalıdır;
  2.  Məqalələr Azərbaycan, türk, ingilis və rus dillərindən hər hansı birində yazıla bilər;
  3. Mətn 12 punto yazı tipi böyüklüyündə, Times New Roman yazı tipi ilə və 1.5 simvol aralığında yazılmalıdır. Paraqraflar arasında 6 punto yazı tipi aralığında məsafə olmalıdır.
  4. Göndərilən əsərlər bu bölümlərdən ibarət olmalıdır: məqalənin başlığı, müəllifin özü haqqında qısa məlumat, mətn və ədəbiyyat siyahısı;
  5. Məqalənin mətn hissəsi 5-15 səhifə aralığında olmalıdır;
  6. Məqalənin şəkli aşağıda qeyd olunmuş “Numunə.pdf” formatına uyğun olmalıdır. Belə ki, məqalənin başlığı ortada, bold və böyük hərflə yazılmalıdır, müəllifin adı başlığın altında (ortada olmaqla) yazılmalı, e-mail bildirilməlidir.
  7. Şəkil, rəsm, grafik və cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə olmalıdır. Şəkil, rəsm və grafiklərin yazıları onların altında yazılmalıdır. Cədvəllərdə isə başlıq cədvəlin üstündə yazılmalıdır.
  8. Mənbələr cümlənin və ya fikrin sonunda, mötərizə daxilində göstərilməldir.
  9. Ədəbiyyat siyahısı məqalənin sonunda ayrı bir səhifədə göstərilməldir. Ardıcıllıq əlifba siyahısına görə olmalıdır;
  10. Səhifə ölçüləri: üstdən 2.8 sm, altdan 2.8 sm, soldan 2.5 sm və sağdan 2.5 sm olmalıdır.
  11. Məqalə 25 Noyabr 2011-ci il tarixini keçməmək şərti ilə yarışmanın mail adresinə musteqilliyimiz20@qu.edu.az göndərilməlidir;
  12. Finala qalan iştirakçılar dekabr ayında məqalənin qısa  təqdimatına dəvət olunacaqlar;
  Qeyd: Nəzərinizə çatdırmaq istərdik ki, vaxtında təslim edilməyən və yazı qaydalarına uyğun olmayan məqalələr müsabiqədən ələnəcəklər.
 Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 İllik Sosial - İqtisadi İnkişafi                                                                                                   

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF