“Öyrən, tətbiq et, öyrət, təşviq et” layihəsi həyata keçirilir

Bakı, 19 oktyabr (AzərTAc). Oktyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində “Remedium” Hüquq Mərkəzi ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihəyə həsr olunmuş mətbuat konfransı və insan hüquqları mövzusunda elan edilmiş fotoşəkil, məqalə və qısametrajlı film müsabiqələrinin təqdimat mərasimini keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə mərkəz haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qafqaz Universitetinin hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən “Remedium” Hüquq Mərkəzinin əsas məqsədi dövlət səviyyəsində hüquq sahəsində, eləcə də insan hüquqlarının qorunması istiqamətində aparılan islahatların səmərəliliyinə yardımçı olmaq, aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərmək, ölkə qanunvericiliyinin təkmilləşdirilməsində, dinamik inkişafında, qanunvericilik aktlarının hazırlanmasında fəallıq göstərməkdən və s. ibarətdir.
Tədbirdə “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihə çərçivəsində insan hüquqları mövzusunda elan edilmiş fotoşəkil, məqalə və qısametrajlı film müsabiqələri haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, müsabiqəyə təqdim olunacaq materialların sərgisi təşkil ediləcək və ən çox bəyənilən işlərin sahibləri mükafatlandırılacaqdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF