Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinə mükafatlar təqdim olunmuşdur
Bakı, 15 oktyabr (AzərTAc). Oktyabrın 15-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinə mükafatlar təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, təqdimetmə mərasimində təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün geniş qeyd edildiyini diqqətə çatdıran nazir 20 il ərzində ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır.
O, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır.
Eyni zamanda qeyd olunmuşdur ki, ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 12 fənn (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) üzrə bu il mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında keçirilmişdir.
Olimpiadanın I turu 36 ali məktəbdə - 28 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsində aparılmışdır. Bu turda 1500-dən artıq tələbə iştirak etmiş, 595 tələbə müxtəlif fənlər üzrə olimpiadanın finalına vəsiqə qazanmışdır. Final turunda Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali təhsil müəssisələri təmsil olunmuşlar.
Münsiflər heyətinin qərarına görə final turunun iştirakçılarından birinci yerə 12, ikinci yerə 23, üçüncü yerə 36 tələbə layiq görülmüşdür.
Müxtəlif fənlərdən I yerlərə layiq görülənlər Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri olmuşlar.
Tədbirdə fənn olimpiadasının qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları, pul mükafatları və hədiyyələri təqdim edilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov olimpiada qaliblərini təbrik etmiş, onlara təhsildə yeni uğurlar arzulamışlar.

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=2238&date=2011-10-15