Liseydə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş futbol yarışı keçirilib

18 oktyabr  - Azərbaycan Respublikası Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində 7 və 8-ci sinifləri arasında futbol üzrə  yarışmas keçirilib. Yarışın finalını izləyənlər arasında Şəki Şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov və Şəki “Araz” Kurslarının müdiri Mehman Zeynallı da olub. Qalib komandaya diplom və hədiyyələrini təqdim edilib. Sonra qonaqlar liseydə şagirdlər üçün hazırlanmış şəraitlə də yaxından tanış olublar. Liseyin müdiri İsmail Özcan qonaqlara bu təhsil ocağının əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Qonaqlar liseydə məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən və şagirdlərin nizam-intizamından razılıqlarını bildiriblər.

 

  http://www.cag.edu.az/haber.php?id=308

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır