18 Oktyabr - Dövlət Müstəqilliyi Günü “Çağ” Öyrətim İşlətmələrində qeyd olunub

18 oktyabr Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində geniş tədbirlər keçirilib. Tədbirlərdə şirkətin tədris müəssisələrinin rəhbərləri, müəllim və şagird kollektivi,  maarif şöbəsi müdirləri, Qeyri Hökumət Təşkilatlarının, ictimai təşkilatların nümayəndələri eləcədə tanınmış ziyalılar iştirak edib. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər bildiriblər ki, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. 1991-ci il avqustun 30-da Azərbaycan respublikasının növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir istiqlal dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya ictimaiyəti tərəfindən tanınması, Azərbaycan konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyətinin bərpa olunma qərarını qəbul edir.” 1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olundu və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit olunub. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal bir ölkədir. 1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.

 

  http://www.cag.edu.az/haber.php?id=306

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF