AICT 2011 5-ci Beynəlxalq Konfrans öz işinə başlayacaq.
2003 cü ildə Qafqaz Unversiteti tərəfindən başladılmış olan AICT "İnformasiya və kommunikasiya texnologiyalarının tədbiqi" adlı beynəlxalq konfranslar silsiləsinin növbətisi, 12-14 oktyabr 2011-ci tarixləri arasında öz işinə başlayacaq. Bu Konfrans, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublicası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE (Elektik və Elektronika Mühəndisləri İnstitutu) nin texniki dəstəyi ilə təşkil olunmaqdadır. Konfransa Azercell və Accord şirkətlər qrubu partner sponsor, Ericsson qızıl sponsor, Micrasoft, Nurgün Motors, Sinam ve DNS computer ise sponsor olaraq dəstək verməkdədirlər.
Konfransin gündəliyinə aşağıdakı mövzular daxildir:
- İnformasiya elimləri və tədbiqi
- Kommunikasiya, şəbəkə və avadanlıq
- İKT-nin humanitar və ictimai elmlərdə tətbiqi
- İKT-nin elm, təhsil və tədqiqatlarda tətbiqi
- İKT-nin tibb və səhiyyədə tətbiqi
- İKT-nin dövlət və idarəçilikdə tətbiqi
- İKT-nin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi
Konfransa Azərbaycanın və dünyanın 31 ölkəsindən 250 dən çox məqaləylə elm adamlarının müraciəti daxil olmuşdur. Eyni zamanda konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 ədəd planer iclas keçiriləcəkdir. Konfransın fəxri sədrəri Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyları Naziri Akademik Əli Abbasov, və Azərbaycan Respublikası Təhsil Naziri Professor Misir Mərdənovdur. Konfransın həmsədrləri Bakı Dövlət Universitetinin Rektoru Akademik Abel Məhərəmov, Qafqaz Universiteti Rektoru Professor Ahmet Sanıç, İnformasiya Texnologiyaları İnstitutu Direktoru Professor Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Rektoru Prof, Hakim Muhitdinovdur. Konfransın sədr müavinləri Qafqaz Universitetinin Elmi işlər üzrə Prorektoru Professor Niftali Gocayev, Bakı Dövlət Universitetinin Elmi işlər üzrə Prorektoru Professor Aydın Kazımzadədir.
Konfran işini 3 gün müddətində davam edəcəkdir. Konfransın 1 ci günü Qafqaz universitetində acılış mərasimi və planer iclaslar olacaq. İkinci gün Bakı Dövlət Universiteti və İnformasiya Texnologiyaları İnstitunda, üçüncü günü isə Qafqaz Universitetində seksiyalar uzrə konfrans davam edəcəkdir.
Recep Rza