“Remedium” təqdim etdi
qhtxeber.az// “Remedium” Hüquq Mərkəzi oktyabrın 19-unda Beynəlxalq Mətbuat Mərkəzində “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihəyə həsr olunmuş mətbuat konfransı və insan hüquqları mövzusunda elan edilmiş fotoşəkil, məqalə və qısametrajlı film müsabiqələrinin təqdimat mərasimini keçirib.
“Remedium” Hüquq Mərkəzinin Mətbuat Xidmətindən qhtxeber.az-a verilən məlumata görə, konfransı açıq elan edən təşkilat sədri Əli Əliyev ilk öncə Remedium Hüquq Mərkəzinin fəaliyyəti, əsas məqsədləri haqqında ətraflı məlumat verib. Daha sonra təşkilat sədri ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə oktyabrın 1-dən icrasına start verilən layihə çərçivəsində fotoşəkil, məqalə və qısametrajlı film müsabiqələrinin elan edildiyini qeyd edib.Remedium Hüquq Mərkəzinin təsisçilərindən olan Fuad Qəşəmov isə layihənin mərhələləri, məqsədi, davamlılığı və layihə çərçivəsində yaradılacaq sayt haqqında məlumat verib. O, qeyd edib ki, sayt insan hüquqları barədə məlumat əldə etmək istəyən istənilən şəxsin məlumat bankına, virtual resurs və təlim mərkəzinə çevriləcək. Layihədən sonra da saytda “açıq qapı” siyasətinə müvafiq olaraq insan hüquqları ilə bağlı arzu edən şəxslərin məqalələri, filmləri, fotoşəkilləri yerləşdiriləcək. Həmçinin, layihənin davamı kimi saytda “Sual - cavab” bölməsi yaradılacaq. Müraciət edən şəxslərin suallarına “Sual - cavab” bölməsində cavab veriləcək. Bununla da həm müraciət edən şəxs, həm də saytın “Sual - cavab” bölməsini ziyarət edən şəxslər hüquqları barədə məlumat əldə edəcəklər.
Remedium Hüquq Mərkəzinin digər təsisçisi Aygün Əliyeva müsabiqənin mərhələləri -“Öyrən, tətbiq et”və “öyrət, təşviq et” adlı mərhələlər barədə ətraflı məlumat verib. O, həmçinin müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı məsələyə toxunub. Müsabiqədə iştirak etmək istəyən şəxslərin oktyabrın 29-na qədər remediumlc@gmail.com ünvanına istək məktubu göndərə biləcəkləri vurğulanıb.
Tədbirdə çıxış edən Dr.Fərhad Mehdiyev “Öyrən, tətbiq et, öyrət, təşviq et” adlı layihənin orijinallığı ilə seçildiyini xüsusi vurğulayıb və daha geniş auditoriyanı maarifləndirmək üçün belə layihələrin əhəmiyyətli olduğunu qeyd edib.
Daha sonra Qafqaz Universitetinin müəllimi Dr.Mübariz Yolçuyev çıxış edərək layihənin aktuallığını və əhəmiyyətini vurğulayıb və layihə təşkilatçılarına göstərdikləri fəallıqlarına və təşəbbüslərə görə minnətdarlığını bildirib.
Sonra jurnalistlərin və tədbir iştirakçılarının suallarına ətraflı və dolğun cavablar verilib.