Liseylərin fənn olimpiadaçıları ilə görüş
Oktyabrın 20-də Bakı Özəl Türk liseyinin (BÖTL) müdiri Hayrettin Ünver və Azərbaycan - Türkiyə Özəl liseylərinin fənn olimpiadaçıları, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayevlə tərəfindən qəbul edilmişlər. Görüş zamanı BÖTL-nin müdiri H. Ünver şagirdlərin fənn olimpiadalarından əldə etdikləri nailiyyətləri, onların bu bilik yarışmalarına hazırlanması barədə, eləcə də qarşıda duran Respublika və beynəlxalq, fənn olimpiadaları haqqında geniş məlumat verdi.
Qonaqları səmimi qarşılayan polkovnik M. Babayev əvvəlcə rəhbərlik etdiyi idarənin əməkdaşlarıın fəaliyyətindən, gündəlik işlərindən danışdı. Sonra şagirdləri təhsildə əldə etdikləri nailiyyətləri münasibətilə təbrik edildi. M. Babayev Nərimanov rayonunda belə bir təhsil müəssisəsinin olmasını yüksək qiymətləndirərək bu cür məktəblərin rayona və bütünlükdə şəhərə, yeniyetmə və gənclərə müsbət təsir etdiyini, gözəl nümunə olduğunu qeyd etdi. Onlara yeni tədris ilində gələcək olimpiada fəaliyyətlərində daha böyük uğurlar arzuladı. Daha sonra məktəblilərə hədiyyələr təqdim etdi. Görüşün sonunda Hayreddin Ünver polkovnik Muradəli Babayevə görüş iştirakçıları adından təşəkkürünü bildirdi.