“Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında valideynlərlə görüş

Oktyabrın 15-də “Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Baş pedaqoji müşaviri Nazim Əkbərov liseydə təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirdi. Görüşdə Nazim Əkbərov valideynlərlə “Məktəb-Ailə işbirliyinin təlim-tərbiyə prosesində təsiri” mövzusunda çıxış etdi. N. Əkbərov ailə-məktəb və cəmiyyət arasında şagirdlərin təlim -tərbiyə işinin düzgün qurulması, valideyn- müəllim, valideyn - məktəb əlaqələrinin intensivləşdirilməsindən və digər bu kimi zəruri məsələlərin həlli yollarından danışdı. Valideynlərə daima yeniləşən, müasirləşən təhsildə baş verən prosseslər barədə ətraflı söhbət açdı, onları düşündürən sualları cavablandırdı. Olduqca səmimi və maraqlı keçən görüşdə müasir təhsil sisteminin elektronlaşması valideynlərin övladlarını istədiyi vaxt dərsə davamiyyətini, davranışını izləməsinə şərait hazırlandığı barədə məlumat verdi. N. Əkbərov çıxışında bildirdi ki, valideyn-müəllim əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərir. Bu da şagirdin gələcəyini şübhə altına alır.Nəticədə onlar cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin qurbanına çevrilirlər. Bu zaman valideyn şagirdin təhsil aldığı tədris müəssisəsini deyil özünü günahlandırmalıdır. Bu və ya digər belə hadisələrin baş verməmsi, və bunun qarşısının vaxtında alınması üçün valideynlər mütamadi olaraq müəllimlərlə əlaqə saxlamalıdırlar. Baş pedaqoji müşavir görüşdə iştirak edən valideynləri düşündürən sualları ətraflı cavablandırdığına görə valideynlər minnətdarlıqlarını bildirdilər.
 

  http://www.cag.edu.az/haber.php?id=307

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF