Qafqaz Universiteti Beynelxalq Münasibetler bölmesinin telebeleri yarışmada üç ödül aldılar
13 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı 2011-ci ilin mart ayında elan etdiyi ümumrespublika məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş qaliblərin mükafatlandırılması mərasimini keçirmişdir. Müsabiqə Azərbaycanda siyasət, tarix, hüquq, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərinin, yeni istedadların aşkara çıxarılması məqsədi ilə keçirilmişdir. Müsabiqədə ümumilikdə 10 qalib, bir qran pri, üç 1-ci yer, üç 2-ci yer və üç 3-cü yerin sahibləri mükafatlandırılmışdır. Qaliblərdən üçü Qafqaz Universitetini təmsil etmişdir. Qafqaz Univeristeti Beynəlxalq Münasibətlər bölməsinin məzunları Ariz Hüseynov və Qanı Nəsirov müvafiq olaraq 1-ci və 2-ci yerin qaliblərindən və hal-hazırda Beynəlxalq Münasibətlər bölməsinin ikinci kurs tələbəsi olan Səbuhi Xəlilov isə 3-cü yerin qaliblərdən olmuşdur.
Dos. Rövşən İBRAHİMOV