“İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı II Beynəlxalq tələbə konfransı

17 October, 2011
Qafqaz Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı II Beynəlxalq tələbə konfransı təşkil edir.
KONFRANSIN MƏQSƏDİ
Konfransın məqsədi tələbələri elmi fəaliyyətə təşviq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat işlərinə təkan vermək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaqdır. Mövzu ilə bağlı İngilis dili və ədəbiyyatı sahəsində yeni işləri üzə çıxarmaq, daha da inkişaf etdirmək də konfransın əsas məqsədlərindəndir. Eyni zamanda bu sahədə yazılan elmi əsərlərin və müəlliflərin beynəlxalq aləmdə tanınmalarına kömək göstərməkdir.
http://ell.qu.edu.az/content.php?link=900778&lang=az
KONFRANSIN GÜNDƏLİYİ
  1. Yazıların son göndərilmə tarixi: 20 Fevral, 2011
  2. Yazıların qəbul olunması barədə məlumatlandırma: 15 Mart, 2012
  3. Tələbə konfransının keçirilmə tarixi: 27 Aprel 2012
MÖVZULAR
  1. Dilçilik məsələləri
  2. Ədəbiyyat
  3. Təhsil
KONFRANSA TƏQDİM EDİLƏN TEZİSLƏRƏ QOYULAN TƏLƏBLƏR
  1. Tezisdə mövzunun adı, müəllifin adı və soyadı, təhsil müəssisəsi və ya elmi institutun adı, elektron poçt ünvanı və abstrakt (150-200 söz, təxminən A4 formatında yarım səhifə) verilməlidir.
  2. Yazının həcmi A4 şəklində, Times New Roman 14 fontla, Microsoft Word 2003 və ya 2007 formatında, tezisin adı, verilən istinadlar (səhifənin aşağısında xətt altında yazılan qeyd və ya izahat), tezisin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı da mətnlə birlikdə 1000-1500 söz həcmində olmalıdır (təxminən bir səhifə yarım). Tezislər 20 Fevral 2011-ci il tarixinə kimi konfransın elektron poçt ünvanına (languageandliterature@qu.edu.az) Word.doc formasında göndərilməlidir.
  3. Təqdim olunan yazılarda yeniliklər və yaradıcılıq əks olunmalıdır. Tezislərin konfransa qəbul olunması konfrans şurasının dəyərləndirməsindən sonra müəyyən ediləcək.  
  4. Konfransa təqdim edilən məqalələr Azərbaycan, İngilis, Türk və ya Rus dillərindən birində olmalıdır. Lakin abstrakt ingilis dilində tələb olunur.
  5. Tezislərin qəbulu üçün müəyyən olunmuş vaxtdan sonra göndərilən məqalə qəbul olunmayacaq.
  6. Tezislərdə əsərlərə, elmi yazılara verilmiş olan istinadlar məqalənin səhifələrində rəqəmlərlə göstərilməlidir.
KONFRANSDA İŞTİRAK ETMƏ HAQQI: 20 Avro
      Qeyd: Konfransda iştirak etmək istəyənlərdən əlavədə verilmiş olan formanı                      doldurmaları xahiş olunur.
 KATİBLİK
               Baş müəllim Ali Tatlı
               Qafqaz  Universiteti
               AZ0101, Xırdalan, Bakı, AZƏRBAYCAN
               Tel: (+99412) 4482862/66
               Faks: (+99412) 4482861/67
  Elektron Ünvan: languageandliterature@qu.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF