SOCAR-ın əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüşdülər.
Əvvəlki illərdə olduğu kimi, bu il də SOCAR-ın əməkdaşları Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi və Mühəndislik Fakültəsinin tələbə və magistrları ilə görüşdülər.
Görüşdə SOCAR-ın İşə Qəbul və Yerləşdirmə Şöbəsinin kadrlar üzrə mütəxəssisi Elnur Hüseynov və Təlim və İnkişaf Şöbəsinin rəis müavini Mahal Mehdiyev SOCAR-da işə qəbul qaydaları, eləcə də təqaüd proqramı, Yay Məktəbi və Yay Təcrübəsi haqqında tələbə və magistrlara geniş məlumat verdilər.
SOCAR-ın tələbələrin inkişaf etdirilməsinə istiqamətləndirilmiş müxtəlif layihələrində Qafqaz Universitetinin tələbələri geniş şəkildə iştirak edir. Onlardan biri olan Orxan İsgəndərli SOCAR Yay Məktəbində iştirak edrəkən əldə etdiyi bacarıq və biliklər haqında öz təəssüratlarını iştirakçılarla bölüşdü.
Görüşdən sonra iştirakçıların SOCAR nümayəndələri ilə sıx dialoqu proqramın tələbələrdə marağa səbəb olmasından xəbər veriridi.
Qeyd edim ki, SOCAR Yay Məktəbinin digər universitetlərdən olan iştirakçıları da görüşdə iştirak edirdi.
Dr. İsa Qasımov