Türkiyə Prezidentinin müşaviri TÜSİAB üzvləri ilə görüşüb
Xəbər verdiyimiz kimi, ötən həftə Qafqaz Universitetində təşkil olunan “2008-ci il qlobal maliyyə böhranından çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər” adlı konfransda iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Abdullah Gülün iqtisadiyyat məsələləri üzrə müşaviri, Türkiyə Mərkəzi Bankının keçmiş rəhbəri Durmuş Yılmaz ötən gün ölkəmizdə fəaliyyət göstərən TÜSİAB (Türk Sənayeci və İşadamları Beynəlxalq Cəmiyyəti) üzvləri ilə də bir araya gəlib. | |
Türkiyə Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri dünya iqtisadiyyatında, xüsusilə də Avropada yaşanan böhranla bağlı fikirlərini toplantı iştirakçıları ilə paylaşıb. D. Yılmaz ölkəmizdə fəaliyyət göstərən iş adamlarını maraqlandıran sualları da cavablandırıb. Görüşün sonunda TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır TÜSİAB üzvləri adından D. Yılmaza təşəkkür edərək, xatirə hədiyyəsi təqdim edib. Məlumat üçün bildirək ki, Qafqaz Universitetinin dəvəti ilə ölkəmizə gələn Türkiyə Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri ötən gün qəzetimizi də ziyarət edərək, “ZAMAN-Azərbaycan”ın fəaliyyəti ilə yaxından tanış olub. D. Yılmaz həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla da görüşüb. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41001 |