Türkiyənin dərdi Azərbaycanın dərdidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir.
28 October, 2011
Əməldə sözdə iki qardaş.Müəyyən qisim dövlətlər var ki, bəşəriyyət tarixinə bir-birinə yaxın, dost, qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyildirlər. Bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və böyük tarixi yol keçib.
Bəli yuxarıda sadalananlara diqqət yetirsək Türkiyənin dərdi Azərbaycanın dərdidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir .
“23 oktyabr Türkiyə üçün, eyni zamanda, Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri qardaş Türkiyədə, Van şəhərində baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər kədərləndirdisə , Azərbaycan xalqını da bir o qədər kədərləndirdi. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir.Ulu öndər Heydər Əliyevin dediyi kimi “ Biz bir millət iki dövlətik”. Ona görə də sizin dərdiniz bizim də dərdimizdir. Mən böyük öndər Atatürkün çox gözəl kəlamını, daim xatırladaraq deyirəm ki, Türkiyənin sevinci Azərbaycanın sevincidir”. Bəli, ulu öndərin də qeyd etdiyi kimi Türtkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Məhz həmin gün, demək olar ki, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxdı və heç kimdən yardım sözünü gözləmədən həmin günü yerli vaxtla saat 23 radələrində Azərbaycanın qardaş Türkiyəyə göndərdiyi yardım paketləri daşıyan 3 təyyarə və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 145 nəfərlik axtarış-xilasetmə qrupu təbii fəlakət bölgəsinə göndərildi.
Qafqaz Universitetinin Texnoloji klubunun tələbələri universitetin daxilində yerləşən foyedə Vanda zəlzələ nəticəsində zərər çəkənlərə yardım məqsədilə fotogüşə tərtib ediblər .Məqsəd Qardaş Türkiyə xalqına həm maddi, həm də mənəvi dəstək olmaq üçün yardım kampaniyasına başladılar. Kampaniyada əldə olunan yardım vasitələrini toplayaraq Van şəhərində zərər çəkmiş qardaşlarımıza paylanması üçün qardaş Türkiyə göndəriləcək.
http://qu.edu.az/view_news.php?news=1017&lang=az&link=224