Moskvada “Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcəkdir

Bakı, 17 oktyabr (AzərTAc). Oktyabrın 17-də Moskvada Rusiya Dövlət Humanitar Universitetində azərbaycanlı alimlər - “Qafqaz və Qloballaşma” elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovun “Azərbaycanın post-konflikt ərazilərinin bərpası – konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Tədbir “Vestnik Kafkaza” informasiya agentliyi və Qafqazın Strateji Tədqiqatları İnstitutu tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti – münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilmişdir. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanmışdır.
Yeni nəşrdə münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapmışdır.
Təqdimatda Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Prezident Administrasiyasının siyasi analiz, təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov, ekspert-konfliktoloq, Qafqaz Universitetinin prorektoru Rövşən İbrahimov, eləcə də kitabın ingilis dilində variantının redaktoru tanınmış amerikalı tədqiqatçı, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun direktoru Frederik Starr da iştirak edəcəklər.

http://www.azertag.gov.az
http://new.azertag.com/node/873097

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF