Around the Google Technology" tədbiri uğurla başa çatdı.
Baku GTUGın ikinci tədbiri oktyabr ayının 1-i 2011-ci il, Qafqaz Universitetinin konfrans zalında baş tutudu. Hava şəraitinin pis olmasına və gözlənilməz texniki problemlərin yaşanmasına baxmayaraq tədbir zalında 100ə yaxın iştirakçı var idi. Tədbir planlaşdırılıandan daha uzun, 4 saat çəkdi.
Elvin Əfəndiyev tədbiri açıq elan edərək internet bağlantısı üçün proxy qoşulmasını tədbir iştirakçılarına göstərdi. Daha sonra Kamran Səmədli çıxışında qısa olaraq GTUG və Baku GTUGın nə olduğundan danışdı, iştirakçıları tədbir proqramı ilə tanış etdi.
Tədbirin birinci hissəsi balşandı, Turan Rüstəmli «Chrome Developer Tools» adlı çıxışı ilə Chrome brauzerinin eyniadlı alətlərindən danışaraq onların özəlliklərini göstərdi, maraqlı nümunələr nümayiş etdirdi
Daha sonra Orxan Əhmədov gözlənilən Android 4.0 relizi haqqında danışaraq yeni versiyanın unikal özəlliklərindən söhbət açdı.
Birinci hissənin son çıxışını Məcid Cəbrayılov etdi. «Android Proqramlaşdırmaya giriş» adlı mövzusunda bu platformada proqramlaşdırma ilə məşğul olmaq üçün lazımi biliklərdən, alətlərdən danışdı, çoxsaylı nümunələr göstərdi.
Birinci hissə başa çatdı və iştirakçılar yarım saatlıq çay süfrəsinə dəvət olundular. Burada onlar istirahət edərək müxtəlif mövzularda müzakirələr apardılar, realda tanış olmayanlar tanışlıq şansı əldə etdilər.
İkinci hissə Toğrul Tağıyevin «Müxtəlif dillərdə proqramlaşdırma» adlı çıxışı ilə başlandı. Toğrul çıxış zamanı C++, C#, Ruby və s. dillərlə Android üçün necə application yazılmalı olduğunu iştirakçılara çatdırdı.
Daha sonra Rəcəb Davudov «Androiddə məkan əsaslı proqramlaşdırma» mövzusu ilə iştirakçılara location-based servislər haqqında məlumat verdi, onların işləmə sxemi və tətbiq sahələrini göstərdi, sonda onları nümunə kodlarla izah etdi.
Tədbirin son çıxışı Adil Əliyevin HTML5 haqqındakı çıxışı oldu. Bu mövzu ətrafında danışan Adil HTML5 və CSS3-ün mühüm özəlliklərini, üstünlüklərini və çatışmayan tərəflərini iştirakçılarla bölüşdü.
Beləliklə tədbirimiz sona çatdı. Tədbirdə iştirak etmək istəyən, lakin hava şəraiti səbəbilə buna imkan tapmayanlar üçün online şəkildə yazılı canlı yayım aparılırdı. Fərhad Ələkbərovun və İnfoCity jurnalının bloqlarında Azərbaycan və Rusdilli texnologiya həvəskarları üçün yayım aparılırdı.
Və sonra «Around the Google Technology» tədbirimizin statistikası:
Tədbirin video yazılarını YouTube kanalımızdan izləyə bilərsiz:
BakuGTechUserGroup
BakuGTechUserGroup

