Google Extreme
Planlaşdırdığımıza görə saat 9da 20 yanvar metrosu çıxışında görüşərək bir yerdə gedəcəkdik Qafqaza. Mən evdən çıxanda hava normal idi, düzdü külək var idi, amma yenə hər şey əla görünürdü. Yarım saat sonra, 20 yanvar metrosuna çatdıqda isə hava elə dəyişmişdi ki, elə bil göydən vedrə ilə su tökürdülər. heç kim metrodan çıxmaq istəmirdi. Elvinə zəng elədim, dedi Qafqazdayam, Rəcəb bizi maşınla gözləyir. Çıxdım metrodan, elə ilk 2 saniyədə başqan ayağa su oldum, nəisə, birtəhər Rəcəbi tapdım. Toğrul da orda idi, daha sonra isə Məcid də gəldi, bir hissə də Məcidi qarşılayanda islandım, artıq ayağım tam su içində idi, paltarlarım da.
Oturduq maşına, düşdük yola… Xırdalana çat-a-çatda maşın qaldı körpünün ortasında. Saat artıq 9:40-ı göstərirdi, tədbirə çox az qalmışdı. 10 dəqiqə maşını dincəltdik ki bəlkə işləyər, подводить elədi bizi maşın. Saat 9:50!
Düşdük o yağışda körpüdə maşını itələdik, artıq fərqi yox idi, onsuzda islanmışdıq əməlli başlı. Birtəhər körpüdən çıxdıq, qaçdıq bir avtobus tapdıq mən Məcid və Toğrul. Rəcəb və iş Rəcəbin yoldaşı başqa marşruta mindilər. Nəisə, sürücüyə dedik ki, Qafqazın yanında saxlasın. Dayday da sağolsun bizi apardı çıxardı hara. 3 nəfər palçığın və suyun içində təpəfason yerləri qalxa-qalxa, düşə-düşə Qafqazı axtarmağa başladıq. Yağış da bir tərəfdən yuyur da bizi))) Bir müddət yoldan və axtarışdan sonra Qafqaza çatdıq, artıq saat 10:20 idi, tədbir 20 dəqiqə yubanmış oldu. Su içində zala girdik. Və gördüyümüzə görə yağış sadəcə bizi yumamışdı… Amma ən çox islanan təbii ki biz olduq.
Bütün tədbir boyu su içində oturduq, ayağımız, şalvarımız. köynəyimiz, saçımış su, bir tərəfdən də xəstəyəm, titrəmə tutub, hiss edirdim ki qızdırmam da qalxır. Bir müddət elə yola verdim, Tea Break-də isti çay və kofe içərək özümə gəldim biraz. Amma ikinci hissə başlayanda yenə həmin mood-a geri döndüm
Hər şey yoluna düşmüşdü ki, birdən nəsə TAAAAAAAPPP! səs gəldi, Qafqaz Universitetinin akt zalında tavan uçdu, yağışdan. İslanmışdı, su damcılayırdı, dözə bilmədi uçdu. Yaxşı ki heç kimin başına düşmədi, qırağa dağıldı. Bu isə heç planlaşdırılmayan birşey idi
Ondan sonra da dəqiqədən bir gözümüz tavanda idi, birdən digər hissələr də uçsa? Başımıza düşsə sağ qalmarıq da o boyda hündürlükdən o çəkili bir şey :-\ Bütün tədbiri bu həyəcan ilə davam etdirdik, hər halda tədbir dayanmadı, çox gözəl də alındı.
İştirakçılar tədbirdən razı qaldılar. Mən isə üzərimə hələ də yağışın yağdığı hissindən xilas ola bimirəm)))
Bu arada, gəşşşəxcənə də xəstələndim :-\
Ey Google, gör uğrunda nələr edirik e, amma sən bircə AdSense-i belə Azərbaycana buraxmıran
http://samedli.wordpress.com/2011/10/02/google-extreme/#more-602
