Azerfon 2011-ci ilin yay təcrübə proqramının nəticələrini elan etdi


 Azerfon-un təcrübə programını uğurla bitirmiş tələbələr işlə təmin edildilər.
Təcrübə proqramında ən yüksək nəticə göstərmiş 4 tələbəyə isə müvafiq şöbələrdə daimi iş yerləri təklif edilmişdir. Belə ki, “Qafqaz” Universitetinin tələbəsi Şəhriyar Şərbətov müvafiq olaraq İT Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis vəzifəsi üçün Azerfon şirkəti ilə əmək müqavilələri imzalamış. Sentyabrın 22-dən etibarən əmək fəaliyyətinə başlamışdır. 
2011-ci il Sentyabrın əvvəlində Azerfon MMC-nin Yay  Təcrübə Proqramına yekun vurulmuşdur. Bu münasibətlə Azerfonun baş ofisində təcrübə proqramının nəticələrinə dair tədbir keçirildi. Tədbirdə təcrübə poqramının üstünlükləri barədə geniş məlumat verildi. Təcrübəni uğurla bitirmiş 8 tələbəni şirkət nümayəndələri təbrik edərək, onların arasında 4 ən uğurlu tələbənin işlə təmin edilməsi barədə məlumat verdilər. Şirkətin Baş İcraçı Direktoru Yurgen Pitz öz çıxışında Azerfonun gənclər üçün nəzərdə tutulan bu cür layihələri dəstəklədiyini, təhsilə yönəlik layihələrə yardım göstərilməsinin daim prioritet fəaliyyətlərdən biri olduğunu bildirdi: “Biz karyera imkanlarını təmin etməklə, istedadlı gənclərə dəstək veririk və bu Azerfon-un korporativ sosial məsuliyyət siyasətinin prioritetlərindən birini təşkil edir. Şirkətimiz İKT sahəsində yerli peşəkarlar kadrların formalaşdırılmasında maraqlıdır və buna görə biz tələbələrə praktiki təcrübə toplamaq imkanını təklif edirik." Sonda təcrübə proqramında iştirak edən tələbələr sertifikatlar və qiymətli hədiyyələr ilə təltif edildilər.
Azerfon Yay Təcrübə Proqramına 2011-ci ilin İyun ayında start verilmiş və həmin proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, “Qafqaz” Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı kimi təhsil müəssisələri və ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyası iştirak etmişdilər. Bu proqram tələbələrə universitetdə aldıqları bilikləri təcrübədə tətbiq etmək, ixtisasları haqqında daha çox öyrənmək və proqramın uğurla tamamlandığı təqdirdə, Azerfon-da iş yeri qazanmaq imkanını verir. Təcrübə proqramında ən yüksək nəticə göstərmiş 4 tələbəyə isə müvafiq şöbələrdə daimi iş yerləri təklif edilmişdir. Belə ki, Azərbaycan Texniki Universitetinin tələbələri Ruslan Akçurin, Tural Yunusov, Cavid Hüseynov və “Qafqaz” Universitetinin tələbəsi Şəhriyar Şərbətov müvafiq olaraq İT Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis, İT Performans Monitorinqi üzrə Mütəxəssis, Şəbəkə Kanal Kommutasiya Sistemi üzrə Mühəndis və Şəbəkə Paket Kommutasiya Sistemi üzrə Mühəndis vəzifələri üçün Azerfon şirkəti ilə əmək müqavilələri imzalamış. Sentyabrın 22-dən etibarən əmək fəaliyyətinə başlamışdırlar. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF