Qafqaz Universitetində antiböhran seminarı

http://www.hafta-ichi.com/v4//2011/10/22/read=67493
Türkiyə Prezidentinin baş müşaviri: "Dövlətlərin rəhbərləri yarana biləcək yeni dünya maliyyə böhranına qarşı vaxtında düşünməlidir"
Dünən Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib. 2008-ci il maliyyə böhranının dünya iqtisadiyyatına təsiri mövzusunda təşkil olunan seminarda Türkiyə Prezidentinin baş müşaviri Durmuş Yılmaz geniş məruzə söyləyib.
  
   Universitetin rektoru, professor Ahmet Saniç seminardakı giriş nitqində çıxışında son bir neçə ildə rəhbərlik etdiyi ali təhsil ocağında tanınmış elm adamları, ictimai xadimlərin iştirakı ilə müxtəlif problemlərlə bağlı belə seminarların keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu tədbirlərin əsas məqsədi tələbələrin dünyada və ölkəmizdə baş verən proseslərlə bağlı dünyagörüşünü artırmaqdır.
   Türkiyə Prezidentinin baş müşaviri Durmuş Yılmaz isə çıxışına Azərbaycan xalqını dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbriklə başlayıb. Türkiyəli qonaq "2008-ci il qlobal maliyyə böhranı, bu böhrandan çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər" adlı məruzəsində hazırda dünya iqtisadiyyatı sütətlə inkişaf etdiyini deyib. Ancaq onun fikrində, 008-ci ildə baş vermiş dünya maliyyə böhranı bir çox nəhəng dövlətlərdə böyük maliyyə itkilərinə səbəb olub. Durmuş Yılmazın sözlərinə görə, bu ilin ilk rübündə dünyada qlobal iqtisadiyyat güclənib. Lakin Yaponiyada baş vermiş zəlzələ nəticəsində yaranmış problemlər ABŞ-da və Avropada maliyyəsi problemləri artıb.
   Türkiyə Prezidentinin baş müşaviri yeni maliyyə böhranının yarana biləcəyi təhlükəsi və buna qarşı görüləcək tədbirlərdən də danışıb. O qeyd edib ki, ölkələrin rəhbərləri bu barədə vaxtında düşünməlidir. Qonaq dünyada baş verən maliyyə böhranlarının səbəbləri, ondan çıxış yolları barədə də fikirlərini bölüşüb. Məruzəsinin sonunda Durmuş Yılmaz tələbələrin suallarına ətraflı cavab verib.
   Xatırladaq ki, tədbirin əsas təşkilatçıları Qafqaz Universitetinin iqtisadiyyat və iderəetmə fakültəsi ilə Sosial-İqtisadi Tədqiqatlar Mərkəzidir. Sonda qonağa Qafqaz universitetinin plaketi təqdim edilib.
Bəhruz

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF