CES tədbiri uğurla başa vurdu
Bu günlərdə sizə məlumat verdiyim, Caspian Engineers Society tədbiri bu gün səhər keçiriləcək idi. İşlərin çoxluğu ucbatından gecə saat 3-də yatmağıma baxmayaraq, səhər 8-in yarısı yuxudan oyanıb, səhər yeməyimi yeyib, tədbirə hazırlaşdım. Soruşacaqsız niyə belə tez? Tədbir axı 11-də idi. Mən Bakıxanov qəsəbəsində yaşayıram, buradan da Xırdalana gedib çıxmaq, elə ən azı 1 saat yarım yoldu :)) Hər dəfə belə maraqlı tədbirlər keçiriləndə hirslənirəm ki, niyə axı Qafqaz Universiteti? Düzdü şərait və s. superdi… Amma şəhər kənarına gedib çıxmaq, özü də qıjıxana 20 yanvardan keçmək dəhşətdi :))
Nə isə, saat 11-in yarısı artıq Qafqaz Universitetinə gəlib, Ramin Orucova zəng etdim ki, tədbir hansı otaqda keçiriləcək? 128 otaqda olacağını qeyd etdi. Otağa gəlib, 5 dəqiqə gözlədikdən sonra, hansısa xalaşka gəlib özünü lezvaladı ki, bəs bu otaqda biz teatr hazırlığı keçəcəyik, basın bayıra. Elə təzəcə hamımızı çıxartmışdı ki, Ramin gəldi. Şükür ki, problemi həll edib xalaşkanın dalından dəydi. Otaq deyəndə ki, zal idi, bu da 120+ izləyicinin tutması üçün bəs edəcəkdi. Tədbir saat 11:00 yox, 10 dəqiqə gecikmə ilə başladı ki, hamı gəlib çata bilsin. Budur, CES İT komitəsinin sədri Ramin Orucov səhnədədir və bizlərə “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda fantastik məlumatlar çatdıracaq. Sözün düzü Ramin çox kreativ insandır və hətta 2006-cı il Qafqaz Universitetinin 1 nömrəli məzunu olub. İndidə Azercell şirkətində Məlumat bazası üzrə proqramçı işləyir. Bu hallar, seminarın çox maraqlı olacağından söz verirdi (şəkilləri böyütmək üçün üzərinə tıklayın):
Ramin çıxış edəcək mövzunu 4 yerə böldü:
1. İKT sahəsinin əsas istiqamətləri
2. Sertifikatlar
3. İş imkanları
4. Məsləhətlər
İlk olaraq Ramin Orucov İKT sahəsinin istiqamətləri haqda məlumat verdi. Bu arada, Raminin Database mütəxəssisi olduğundan, Proqramçılıq və Məlumatlar bazası qollarını sxemdə ən başda olmasına nəzər saldım :) Necə deyərlər, hərə özünkünü birinci, üstün tutur :)) Ancaq daha bir məqamda var idi ki, bizim sys-admin kimi tanıdığımız mütəxəssislərin sahəsini, Ramin ayrı qeyd etmişdi, yəni Şəbəkə texnologoiyası və əməliyyat sistemləri texnologiyası ayrı-ayrı qollar kimi göstərilmişdi. Düzdü, əslində bu ayrı yollardı, lakin sys-adminlər həm şəbəkə, həmdə server əməliyyat sistemlərinə malik olduğu üçün bu qollar son vaxtlar birlikdə gedirlər. Məsələn, bir çox sys-adminlər həm Microsoft sertifkatı, həm də Cisco sertifikatı alır. Elə söhbət sertifikatdan düşmüşkən, istiqamətlər haqqında məlumat verildikdən sonra, ikinci mövzu sertifikatlar idi.
Məncə İKT sahəsindəki sertifikatlar barəsində bundan yaxşı çıxış ola bilməzdi. Ramin hal-hazırda fəaliyyət göstərən bütün sertifikatlar barədə ətraflı məlumat verdi. Yenədə, Database mütəxəssis olması burada da açıq aşkar görsənirdi ki, hər dəqiqə Oracle məhsulları və sertifikatları barədə daha çox məlumat verilirdi. Hətta Ramin qeyd etdi ki, Azercell şirkəti 2010-cu ilin noyabr ayında əməkdaşı Ayçin Qasımov u Nyu-York şəhərinə sertifikatlaşmaya göndərdi ki, Ayçində öz növbəsində Oracle sertifikatlaşmasının son, Master mərhələsini uğurla başa vurdu. Hətta Ayçinlə birlikdə, çox təcrübəli bir türk əməkdaşın orada iştirak etməsi və sertifikatlaşmadan kəsilməsi də, bu sertifikatın çox qəliz olmasından xəbər verir. Ramin Orucov qeyd etdi ki, Türkiyyədə 1 OCM var ki, o da Dubay şəhərində işləyir. Bizdə isə iki OCM. Çox maraqlıdır :)
Sertifikatlar haqda gözəl çıxışdan sonra, növbəti üçünçü mövzu “İş imkanları” idi. Burada, Ramin Orucov iştirakçılara bir çox məsləhətlər verdi. Onu da qeyd edim ki, zalda 120+ nəfər var idi ki, əlavə stullar da gətirilmişdi. Bu 120+ iştirakçının 80%-i tələbə idi. Tələbələrin isə 50% son kursların tələbələri idi ki, onlarada bu mövzu və məsləhətlər məncə çox lazım idi. Soruşa bilərsiz, bəs bu faizləri hardan əldə etmisən? Ramin tədbir başlamamışdan əvvəl kim tələbədir? neçə nəfər son kursun tələbəsidir? suallarını verəndə zala baxıb, təxmini qeydlər etdim :))) Qabaqda oturduğumdan, zalı çox yaxşı görürdüm. Hə, nəisə, davam edək. İştirakçılara işə düzəlmək üçün məsləhətlər, sertifikarların işə düzələrkən hansı köməkliklər göstərilməsi və s. məsləhətlər görüldü. Hətta işə düzələrkən, müsahibə zamanı HR verdiyi suallar və s. bağlı maraqlı bir video təqdim edildi:
Sonda iştirakçılara məsləhətlər və işə düzəlmək üçün Azərbaycan iş elanları saytları, eləcədə xarici iş elanları saytları təqdim edildi. Bununda tədbir bağlı elan edildi, amma iştirakçılar çıxıb getmək istəmirdilər. Niyə???
Kimisi Raminə sual verir, kimisi məlumatları flash kartına götürür, kimisi CES komitəsinə üzv olur, digərləri isə təşkilatçılat tərəfindən hazırlanmış, tədbirin hansı səviyyədə keçirilməsi barədə blankı doldururdular. Məndə tədbir çox uğurlu keçdi və iştirak edən tələbələr bir çox biliklər qazandılar. Ümid edirəm ki, bu tədbirdən sonra sertifikatlı həmyerlilərin sayı artacaq.
Sonda gələ bilməyənlər üçün, çıxış vaxtı istifadə edilən presentation təqdim edirəm: