II Beynəlxalq Türkiyə - Azərbaycan Hüquq Simpoziumun açılış mərasimi keçirildi.



28 October, 2011
Bu gün Bakı Dövlət Universitetində, Bakı Dövlət Universiteti, Özyeğin Universiteti və Qafqaz Universiteti əməkdaşlığı ilə “İnformasiya və kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları” mövzusunda II Beynəlxalq Türkiyə - Azərbaycan Hüquq Simpoziumun açılış mərasimi keçirildi. Açılış mərasimində informasiya və kommunikasiya texnologiyalarının insan hüquqlarına, konstitusiya hüququna, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna təsiri və informasiya və kommunikasiya texnologiyaları sahəsində şəxsiyyət hüquqlarının pozulması kimi müasir və aktual məsələlər müzakirə olundu.                 
Simpoziumun açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmov, Qafqaz Universitetinin prorektoru Prof. Dr. Cihan Bulut və Özyeğin Universiteti Hüquq fakültəsinin Dekanı Prof. Dr. Yener Üner çıxış etdilər. Simpozium iştirakçılarının diqqətinə çatdırıldı ki, “İnformasiya və kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları” mövzusundakı bu simpoziumda müzakirə olunacaq informasiya və kommunikasiya texnologiyalarının insan hüquqlarına, konstitusiya hüququna, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna təsiri və informasiya və kommunikasiya texnologiyaları sahəsində şəxsiyyət hüquqlarının pozulması kimi müasir və aktual məsələlər qloballaşan dünyanın elm sahəsində prioritet məsələlərindən biridir.
Plenar iclasdan sonra Simpoziumun seksiyaların başlanıldı və Simpozimun davamı isə 29 Oktyabr 2011-ci ildə Qafqaz Universitetində baş tutacaq.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF