Beynəlxalq konfransın bir qrup nümayəndəsi Qafqaz Universitetində olmuşdur

Bakı, 4 oktyabr (AzərTAc). Xəbər verildiyi kimi, Bakıda Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkmənistan respublikalarının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilir.
Beynəlxalq konfransın türkdilli ölkələrdən olan bir qrup nümayəndəsi oktyabrın 4-də Qafqaz Universitetinin TEMPUS ofisində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi şəxsiyyət Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Rektor, həmçinin rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Türkiyə və digər ölkələrdən olan nümayəndələr Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən bəhs etmişlər.
http://www.azertag.gov.az/index_az.jsp?id=519&date=2011-10-04 

Qadın Milletvekilleri Qafqaz Universitetində... by qafqazlife

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF