Yeni fikirlər yeni işlərə çevriləcək


Qafqaz_UniversitetiQafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atıb. Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atıb. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər edilmişdir ki, bu zaman ODTU, Istanbul Universiteti, Yıldız Texnik Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti kimi güclü universitetlərin Texnoparklarında geniş tərkibli müşahidələr aparılıb. QUTechnopark formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilmişdir. Lakin qeyd etməliyik ki, QUTechnopark əsasən ODTU-nin texnopark təcrübəsinə daha çox əhəmiyyət verir. Bu ilin yanvarında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırılıb.
QUTechnorak qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyasl, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir. YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib. YFM-ə 150 komanda yeni iş fikri ilə mürəciət edilib ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri  2-ci mərhələyə vəsiqə qazanıb. Müsabiqədə 2-ci mərhələ 19-20 Aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatla həyata keçirilib və 19 yeni iş fikri finala vəsiqə qazanıb.
YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəli təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir. Bu istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də finalşılara “Təqdimat bacarıqları” mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar Azercell Telekom MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edilib. Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti (ODTU) Texnoiparkının vitse-prezidenti, QUTechnopark İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirilib. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məslələr haqqında finalçılar zəruri informasiyalrı əldə ediblər. Hər bir finalçı U. Batum bəylə iş fikirləri haqında ərtaflı müzakirələr apara biliblər. İstər finalçılar, istərsə də digər StartUp-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar QUTechnopark-ın təşkilatçılığı ilə davam etdiriləcək.
YFM May ayının sonuna kimi başa çatacaq. Müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri QUTechnopark-ın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcək. Ən yaxşı 3 iş fikirinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcək. Texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində texnoparkın tərkibində fəaliyyət göstrərən inkubasiya mərkəzləri mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır və inkişaf etdirilir. İnkubasiya Mərkəzində yeni iş fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit formalaşdırlır.
QUTechnopark-ın təsis etdiyi İnkubasiya Mərkəzi fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin formalaşdırlması, həmçinin yeni iş fikirlərinin yeni işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Belə layihələrdən biri “təşəbbüskarlıq seminarları”dır. Həfətədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərəcəkdir.
Natiq

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF