Qafqaz Universitetində “Riyaziyyat-məntiq bilik sərgisi” keçirilir

Mayın 1-də Qafqaz Universitetində “Riyaziyyat-məntiq bilik sərgisi” adlı sərgi açılıb. Açılış mərasimində çıxış edən Qafqaz Universiteti olimpiada komitəsinin sədri Bəhman Məmmədov sərgi barədə məlumat verib, onun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Pi klubunun təşkil etmiş olduğu bu sərgidə 100-dən çox əl işi nümayiş olunur. Bu tipli sərgilər artıq 5 ildir ki, təşkil olunur. Əsas məqsəd çətin başa düşülən riyaziyyat elminin əyani və əyləncəli şəkildə tələbələrə çatdırmaqdır. Belə sərgilər Şəki, Lənkəran və Xırdalanda təşkil olunacaq.  «Kainatın dili riyaziyyatdır» devizi altında keçirilən tədbirdə Qəliz düsturların sadə isbatı, hədiyyəli zəka oyunları, məntiqi artıran topoloji düyünlər və s. metodlardan istifadə edilir.  Sonra Qafqaz universitetinin rektoru Ahmet Saniç və digər iştirakçılar sərgi ilə tanış olublar. Rektor tələbələrə bu sərgidə uğurlar arzulayıb.
 
S.Qarayeva
http://www.525.az/site/?name=xeber&news_id=7765

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF