Qafqaz Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Beşinci gənclik şənliyi” adlı tədbir keçirilmişdir
Bakı, 7 may (AzərTAc). Mayın 7-də Qafqaz Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Beşinci gənclik şənliyi” adlı tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Əhməd Saniç dahi şəxsiyyət, müasir müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışmış, Ümummilli Liderin milli mənəvi dəyərlərin qorunmasına və inkişafına daim böyük önəm verdiyini bildirmişdir. Rektor vurğulamışdır ki, ulu öndər Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq duyğusu xüsusi yer tutur.
Müdrik şəxsiyyət Heydər Əliyevin dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edən professor Ə.Saniç Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini xatırlatmışdır.
Müxtəlif nominasiyalar üzrə aparılmış seçimin nəticələri elan olunmuşdur. “İl ərzində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında xüsusi xidməti olan şəxs” nominasiyası üzrə seçimin qalibi – Heydər Əliyev Fondunun vitse-prezidenti, beynəlxalq “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq” - İDEA-nın rəhbəri Leyla xanım Əliyeva olmuşdur.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır