Qafqazda yenilik

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezident Məmməd Qurban oğlu Musayevlə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq razılaşması imzalanıb. 

Əməkdaşlıq razılaşmasında əsas məqsəd Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)-nın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin ASK-nın fəaliyyətinə cəlb edilməsinə və ASK ilə universitet arasında Azərbaycanda sosial-iqtisadi inkişafının əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsindən ibarətdir.
http://qafqazinfo.az/site/QAFQAZDA_YENILIK-41711-xeber.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde