Qafqaz Universitetində “Milli kitab bazarı gənclərin tələbinə uyğundurmu?” mövzusunda Talk Şou reallaşdı

Azərbaycanın İlk Qlobal gənclər Klubu ÖZ Klub sayca 4-cü olan və gənclər arasında artıq ənənə halını almış növbəti Talk Şousunu reallaşdırdı. 250 nəfər gənci əhatə edən Talk Şou çərçivəsində ”Milli kitab bazarı gənclərin tələbinə uyğundurmu?” mövzusunda müzakirələr aparıldı. Mövzu ilə bağlı öz sahəsinin həqiqi mənada peşəkarı olan insanlar gənclərin suallarını cavablandırmış,onları maraqlandıran məqamlara aydınlıq gətirmişdir.

18 May 2013-cü ildə Qafqaz Universitetində “Milli kitab bazarı gənclərin tələbinə uyğundurmu?” mövzusunda Talk Şou reallaşdı. Layihənin məqsədi günümüzdə gənclər üçün aktual olan kitab sektorunun onların tələblərini nə dərəcədə qarşılaması, bu məsələ ilə bağlı onların hansı istəklərinin olması kimi məqamlara aydınlıq gətirmək idi. Ümuimilikdə 4-cü dəfə keçirilən Talk Şounun əsas hədəfi gənclər arasında inkişafa, sağlam müzakirəyə, fikir mübadiləsinə və bölüşərək öyrənməyə zəmin yaratmaq idi. İlk olaraq Talk Şou iştirakçılarını Qafqaz Universitetinin Kitabsevərlər Klubunun rəhbəri Aytən Məmmədova salamladı. ÖZ Klub Qlobal Gənclər Klubunun təsisçisi və rəhbəri Mirfariz Muradov da öz növbəsində qonaqları və iştirakçıları salamladı və layihə barədə qısa məlumat verdi, ÖZ Klubun təşkilatçılığı ilə bu tipli layihələrin gənclərə olan faydasından danışdı. Bundan sonra 250 nəfər gənci əhatə edən Talk Şouda müzakirələrə start verildi.

Talk Şouda “İdeal” Parfum və Kosmetika mağazalar şəbəkəsinin marketinq direktoru Rafiq Vəliyev kitab sektorunun marketoloji cəhətdən analizini apardı, ”Qanun” nəşriyyat evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu gənclərin kitaba olan marağında milli nəşriyatın rolundan danışdı. Paralel olaraq Azərbaycanda kitab tərcüməsi ilə bağlı hazırki vəziyyətə Azərbaycan Gənc Tərcüməçilər Assosasiasının təsisçi və rəhbəri İsmayıl Cəbrayılov, gənclərin kitab evlərinə olan münasibətinə isə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli aydınlıq gətirdi. Talk Şounun qonaqları sırasında kitabları gənclər tərəfindən sevilərək oxunan Əli Xəyyam Elxan Zeynallı(Qaraqan) da var idi. Əli Xəyyam şerə maraqlı gənclərin suallarını cavablandırmaqla bərabər,bu sahədə uğur qazanmağının səbəblərini gənclərlə bölüşdü. Sevilən yazıçı Elxan Zeynallıya Talk Şou iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı sualları cavablamaqla yanaşı, gənc yazıçı olaraq günümüzün gənclərinin kitaba olan tələblərinin nəyin üzərində formalaşdığı barədə də fikirlər səsləndirdi.

Layihənin əsas tərəfdaşı Qafqaz Universiteti və universitetin Kitabsevərlər Klubu, eyni zamanda tərəfdaşları isə Bright Stars Academy dil və tədris mərkəzi, Click Photo Agency, informasiya dəstəkçisi isə Facemark.az portalı idi.

Gənclərin inkişafı, sağlam mühitdə əylənib öyrənməsi və faydalı bir gənclik yaşamasını hədəfləyən ÖZ Klub təşkilatçıları bu tipli layihələri müntəzəm olaraq reallaşdıracaqlarını qeyd etdilər. 

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF