Məmməd Musayev Qafqaz Unversitetinin rektoru ilə razılaşdı

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Qafqaz Unversiteti arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq haqqında sənəd imzalanıb.

Publika.Az-ın məlumatına görə, sənədi ASk  prezident Məmməd Musayev ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
Əməkdaşlıq razılaşmasında əsas məqsəd ASK-nın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin Qafqaz Universitetində istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin ASK-nın fəaliyyətinə cəlb edilməsindən ibarətdir. Razılaşmaya əsasən, ASK ilə universitet arasında Azərbaycanda sosial-iqtisadi inkişafının əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsinə dair işlər həyata keçiriləcək.

Qeyd edək ki, imzalanma mərasimindən sonra Ahmet Saniç  Məmməd Musayevi Qafqaz Unversiteti ilə də yaxından tanış edib.

Vasif Həsənli

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde